Azərbaycanda II Beynəlxalq Autizm “ABA” konfransı keçirilib
07.04.2021 [09:18]
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın məqsədi yerli tibb və uşaq inkişaf mütəxəssislərini, valideynləri autizm sindromlu şəxslərdə müxtəlifyönlü bacarıqların davamlı inkişafını təmin edən, onlara effektiv təhsil modeli təklif edən Tətbiqi Davranış Analizi (“ABA”) terapevtik yanaşması ilə yaxından tanış etmək, eləcə də ictimaiyyətin və aidiyyəti qurumların diqqətini autizm spektr pozuntuları olan insanların və ailələrin ehtiyaclarına yönəltməkdir.
Onlayn formatda keçirilən konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini Rahim Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Ceyran Rəhmətullayeva, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova çıxış edərək autizmli uşaqların erkən diaqnostikası, reabilitasiyası, onlarla psixoloji işin aparılması, autizmli uşaqların məktəbəqədər və məktəb yaşlarında ümumi təhsilə cəlb edilməsi, sosiallaşma bacarıqlarının və intellektual səviyyəsinin artırılması, aidiyyəti qurumların qarşısında duran vəzifələr, eləcə də autizmli uşaqlarda müxtəlifyönlü bacarıqların inkişafını təmin edən Tətbiqi Davranış Analizi (“ABA”) metodunun əhəmiyyəti barədə danışıblar.
Konfransda müxtəlif ölkələrdən olan tanınmış mütəxəssislər, ekspertlər, bir sıra dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin məruzələri dinlənilib, müzakirələr aparılıb.
Tədbirin fəxri qonağı olan autizm spektr pozuntulu professor Temple Grandin ailələri və cəmiyyət tərəfindən göstərilən diqqətin autizmli şəxslərin gələcəyi və inkişafı baxımından vacibliyinə diqqəti çəkib.
Qeyd edək ki, konfrans İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Sosial Xidmətlər Agentliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, “BP” və tərəfdaşları, “Paşa Holding”, “Medox”, “Azərbaycan Coca-Cola Bottlers LTD” “NUTRIMED” MMC, “Royal Foods” MMC, “ANES” MMC, “Caravelle Jewellery”, “HİPP”, “Friso Gold” şirkətləri, “Ümid var” Xeyriyyə Cəmiyyəti, Türkiyənin “ABA klinik” Uşaq İnkişaf Mərkəzi, həmçinin “BBA” təşkilatının dəstəyi ilə həyata keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

