“Sizi tanıyaq” layihəsi çərçivəsində növbəti görüş keçirilib
12.06.2021 [09:38]
İyunun 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində istedadlı uşaqlar və gənclərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş görüş “Sizi tanıyaq” layihəsi çərçivəsində baş tutub.
Tədbirdə iştirak edən uşaqlar və gənclər əvvəlcə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşəni ziyarət ediblər.
Tədbir iştirakçılarına mərkəzin fəaliyyəti və burada yaradılan şərait barədə də məlumat verilib.
Görüşdə çıxış edən komitə sədri Bahar Muradova belə görüşlərin istedadlı və bacarıqlı gəncləri daha yaxından tanımağa, onların fikir və düşüncələrini öz dillərindən eşitməyə imkan yaratdığını bildirib. Qeyd edib ki, bu gün ölkəmizdə uşaqların hərtərəfli inkişafı, onların qayğılarının həlli və maraqlarının qorunması, milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir.
“Azərbaycanda ailə, uşaq və qadın məsələləri daim dövlətin diqqəti mərkəzindədir. Ölkəmizdə bu sahədə siyasətin banisi Ulu Öndər Heydər Əliyevdir. Müstəqillik illərində bu sahədə xeyli iş görülüb. Müstəqilliyimizin ilk illərindən etibarən Ümummilli Lider Heydər Əliyev, ilk növbədə, uşaqların sağlam, təhlükəsiz, rahat şəraitdə böyüməsi üçün bütün zəruri addımları atıb. Azərbaycan hər zaman istedadlı övladları ilə fərqlənib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən siyasət müasir Azərbaycan gəncliyinin inkişafı, onların yaradıcılıq qabiliyyətinin formalaşdırılması və peşəkar yetişməsi üçün baza rolunu oynayıb. Bu siyasətin, dövlət proqramlarının nəticəsidir ki, hazırda Azərbaycanda bütün istiqamətlərdə istedadlı gənclər fəaliyyət göstərirlər”, - deyə komitə sədri qeyd edib.
Layihə rəhbəri Vüsalə Qələndərli “Sizi tanıyaq” layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi istedadlı uşaqları, gəncləri cəmiyyətə tanıtmaq, onlara vətənpərvərlik və dövlətçilik ruhu aşılamaq, müstəqil özünüifadəetmə bacarıqlarını formalaşdırmaqdır.
Tədbir uşaqların vətənpərvərlik mövzusunda hazırladıqları proqramla və əl işlərindən ibarət sərginin nümayişi ilə davam edib.
Sonda tədbirdə iştirak edən gənclər və uşaqlar mükafatlandırılıb.
Uşaq və gənclərə mükafatları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
Xəbər lenti
Hamısına baxSiyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32

