Küçəniz kimin adınadır?
21.09.2021 [14:00]
Ölkəmizdə bir sıra küçə və prospekt adları var ki, ya müasir dövrlə ayaqlaşmır, ya da cəmiyyətə tanış deyil. Hətta bəzi küçələrin bolşevizmdən qalma adları zamanın tələbinə uymur.
Bir zamanlar qəhrəman statusu verilib adları əbədiləşdirilən şəxslərin zamanla xalq düşməni olduqları üzə çıxdı. Görəsən, Azərbaycan dövlətçiliyinin əleyhinə çıxış edənlərin, cümhuriyyətin süqutunda əli olanların, bir sözlə, tarixin ən qaranlıq səhifələrini yazmış şəxslərin adlarının hələ də saxlanılmasına ehtiyac varmı? Əfsuslar olsun ki, bir müddət öncə küçə adlarında dəyişikliklər aparılsa da, proses tam başa çatmayıb. Əslində, küçə adları müstəqillik dövrünün dəyərlərinə uyğun müəyyənləşdirilməli deyilmi?
Bizə tanış olmayan adlar
Vaxtilə küçələrə adları verilən şəxslərin əksəriyyətinin kimliyi bu gün insanlara müəmmalı qalır. Məsələn, Yusif bəy İbrahimli küçəsi kimi. Səbail rayonunda yerləşən bu küçədə Tofiq Quliyev adına 12 saylı musiqi məktəbi də yerləşir. Sözügedən küçədə keçirdiyimiz sorğu zamanı bir nəfər belə onun kimliyini tanımadı. Vaxtilə Müsavat Partiyası Bakı Komitəsinin katibi olduğunu diqqətə çatdırsaq da, insanları bu cavab qane etmədi. Bildirdilər ki, bu gün fəxr və qürur hissi ilə gəzdiyimiz küçələrin adına şəhidlərin adının verilməsini daha üstün tuturlar.
Məlum olduğu kimi həmin adların dəyişdirilməsi ilə əlaqədar xüsusi qurumlar fəaliyyət göstərir. Küçələrə adların verilməsi prosesi necə aparılır və hansı meyarlar nəzərdə tutulur? Sualımıza cavab tapmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıq. Məsələyə BŞİH-dən reaksiya gecikmədi. Qurumdan qəzetimizə verilən məlumata görə, küçələrin adlarının dəyişdirilməsi məsələsi onların səlahiyyətində deyil. Qeyd olunub ki, müəyyən vaxtdan sonra dövrlə ayaqlaşmayan, köhnə dövrün qalıqları olan küçə adlarının dəyişdirilməsi prosesi aparılır. Bakı Şəhər İcra Hakimiyyəti icraçı orqan kimi bu prosesi həyata keçirir.
Sorğumuzdan da aydın olduğu kimi, ictimaiyyət tanınmış şəxslərlə yanaşı, şəhidlərinin adlarının əbədiləşdirilməsinə daha çox önəm verir. Əfsuslar olsun ki, bir çox şəhidlərin adlarına verilmiş küçələrdə də problemlərlə qarşılaşırıq. Belə ki, ya küçələrdə onların adlarına yazılmış xatirə lövhə və ya barelyeflər yoxdur, ya da baxımsız vəziyyətdə olduğu üçün oxunmaz haldadır. Qələbə dastanı yazan şəhidlərimizin adını əbədiləşdirmək isə bizim müqəddəs borcumuzdur. Canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edən, onu mənfur düşməndən qoruyan igidlərimizin hər birinin adı əbədiləşdirilməlidir. Ümid edirik ki, ictimaiyyətin bu məsələdə həssaslığı nəzərə alınacaq.
P.S. Mövzunu davam etdirəcəyik.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

