Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / YAŞAT Prezident İlham Əliyevin humanitar missiyasını davam etdirir

YAŞAT Prezident İlham Əliyevin humanitar missiyasını davam etdirir

23.12.2021 [10:32]

Fond rəhbəri: YAŞAT Fondunun fəaliyyəti dövlətin qayğısı, xalq birliyinin təcəssümüdür

Günel Abbas

Ölkəmizdə Vətən müharibəsindən sonra Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş edir. Bu gün dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması belə nümunələr sırasındadır.

Müharibədən dərhal sonra əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanları bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılmasının və onlara göstərilən dövlətin dəstək və davamlı qayğının ən bariz göstəricisidir.

“YAŞAT” Fondunun, “Qarabağ Dirçəliş” Fondunun fəaliyyəti və bütün digər institusional təşəbbüslər şəhid ailələrinə və qazilərə ayrılan ali diqqətin təcəssümüdür. Bu Fondlar öz fəaliyyətində Prezident İlham Əliyevin humanitar missiyasını davam etdirir. Qazi və şəhid ailələri haqqında danışarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsinə xüsusi diqqət yetirmək lazımdır. Qeyd edək ki, “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsidir.

Fondun rəhbəri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, bu günədək Fondun hesabına 65 199 483.67 AZN vəsait mədaxil olub: “Ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 173 yaralı olmaqla ümumilikdə 16 556 şəxslə görüşlər keçirilib, onların ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 11 165 şəxsin 16 280 müraciəti icra edilib. Eləcə də Fondun fəaliyyət istiqamətləri üzrə 51 619 621.25 AZN məbləğində vəsait xərclənib. Hazırda qalıq vəsait isə 13 579 862.02 təşkil edir”.

Elvin Hüseynov diqqətə çatdırdı ki, xərclənən məbləğ şəhid ailələri və qazilərin məişət şəraitinin yaxşılaşdırılması, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması, tibbi cihazların alınması, İsrail dövlətindən və Türkiyə Respublikasından dəvət olunan  həkim heyətinin, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi məqsədilə istifadə edilib: “Həmçinin Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün “Onlar bizə əmanət”  layihəsi gerçəkləşib. 2020-ci ilin 27 sentyabrından sonra doğulmuş 102 şəhid  övladına 1000 AZN məbləğində maddi yardım edilib, onların adına 5000 AZN məbləğində depozit hesabı açılıb”.

Onun sözlərinə görə, ümumilikdə 156 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib: “Onlardan 113-? müalicəsini bitirib ölkəyə geri qayıdıb. Hazırda 43 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir. 2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. Cari günədək 39 şəxsə (24 şəhid ailə üzvü və 15 yaralı) 2000 AZN vəsait köçürülüb. Sadalanan göstəricilərin və fəaliyyət planının hər biri şəhid ailələrinə, qazilərə və Vətən müharibəsinin digər iştirakçılarına dövlətin qayğısı, xalqın birliyi və Prezident İlham Əliyevin himayəsinin nəticəsidir”.

Paylaş
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31