Bakı bulvarında halınız qəfil pisləşsə...
08.04.2022 [10:05]
Müşfiqə BAYRAMLI
İctimai yerdə insanın qəfil halının pisləşməsi zamanı zəruri məsələ ilkin tibbi yadımın göstərilməsi üçün ətrafda mövcud şəraitin olmasıdır. Bəzən eşidirik ki, halı pisləşən şəxsə ya yanlış müdaxilə edilir, ya da ilkin tibbi yardım üçün artıq çox gec olur. Dünyanın bir çox inkişaf etmiş ölkələrinə nəzər yetirsək, görərik ki, mərkəzi küçələrdə, parklarda, iri ticarət mərkəzlərində ilk yardım köşkləri yerləşdirilib.
Məsələn, Böyük Britaniyada yürüyüş zamanı özünü narahat hiss edən şəxslərə parkda ilkin müdaxilə edilir. Parkın bir çox nöqtələrində köşklər yerləşdirilib. Burada çalışması üçün tibb bacısı da ayrılıb. Köşkdə həm tibbi ləvazimatlar, həm də xəstənin istirahət etməsi üçün hər cür şərait yaradılıb.
Hətta texnika o qədər inkişaf edib ki, xəstələrə virtual müdaxilə etmək belə mümkündür. Bir çox ölkələrdəki köşklərdə həkim ilə monitor vasitəsilə əlaqə yaratmaq olur. Özünü narahat hiss edən şəxsə virtual ilkin tibbi yardım göstərməklə yanaşı, onunla psixoloji söhbətlər də aparılır.
Eləcə də, qonşu İran İslam Respublikasında da bu məsələyə çox ciddi yanaşılır. Yerli sakinlər və turistlər üçün ilkin tibbi yardım köşkləri fəaliyyət göstərir. Halı qəfildən pisləşən şəxsə dərhal ilkin tibbi yardım edilir. Xəstəyə lazım olan dərman preparatları və hətta lazım gəldikdə personal ayrılır.
Qardaş Türkiyədə də bu məsələyə daha həssas yanaşılır. Çox yerlərdə ilkin tibbi yardım qurğuları yerləşdirilib. Qurğunun üzərindəki düyməciyi sıxdıqda, dərhal hadisə yerinə mütəxəssis gəlir və ilkin tibbi yardım göstərilir. Ehtiyac yaranan anda təcili tibbi yardım briqadası dəvət edilir.
Bulvarda nə ilk yardım köşkü, nə aptek, nə də tibb işçisi var
Xarici ölkələrə virtual ekskursiya etdikcə, bizdə də belə bir xidmətin olması ilə bağlı istəklərimizin nə dərəcə real olduğunu düşündük. Elə bu məqsədlə də şəhərimizin hər ay on minlərlə turist qəbul etdiyini nəzərə alaraq, adətən, əhalinin sıx olduğu Milli Parkda ilkin tibbi yardım köşkü axtarışına çıxdıq. Bulvarın istirahət etmək üçün çox böyük xidmətləri mövcuddur. Buna baxmayaraq, 16 km ərazidə nəinki ilk tibbi yardım köşkü, dərman almaq üçün bir dənə də olsun aptek gözə dəymir. Bir ay ərzində təxminən 300 mindən çox turistin ziyarət etdiyini nəzərə alsaq, onlar arasında yaşlı insanlar, qan təzyiqindən əziyyət çəkənlər də olur. Qəfil halın dəyişməsi baş verərsə, dərman almaq üçün insanlar gərək Bulvarın kənarına çıxmalıdılar.
Bulvar İdarəsi apteklərlə bağlı niyə təşəbbüs göstərmir?
Problemin həlli yolunu tapmaq üçün Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı. Öz növbəsində, İdarənin əməkdaşı Könül İmamverdiyevaya suallarımızı ünvanladıq. Aldığımız cavab, gördüklərimizin, daha doğrusu, görə bilmədiklərimizin bir növ təsdiqi oldu. Onun sözlərinə görə, Milli Parkda ilkin tibbi yardım köşkü yoxdur. Onun işini isə mühafizəçilər icra edir. Yaxın gələcəkdə apteklərin quraşdırılmasından söhbət belə getmir. Çarə təcili tibbi yardım çağırmağa qalır. O zamana kim ölə, kim qala?!
5 qurum və cavab tapılmayan 1 sual - niyə?
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən qəzetimizə bildirildi ki, Bulvarda apteklərin və tibb işçisi vakansiyasının olub-olmaması məsələsi nazirliyin tabeliyində deyil. Eyni sual ilə nazirliyin Analitik Ekspertiza Mərkəzinə müraciət etdik. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, aptek təşkilatları özəl statusa malikdir və sahibkarlar müstəqil olaraq İqtisadiyyat Nazirliyinə müraciət edərək aptek açmalıdır. Apteklərin hansı ərazidə fəaliyyət göstərməsi məsələsi Mərkəzin səlahiyyətlərinə daxil deyil.
Öz növbəsində, TƏBİB-dən də buna bənzər cavablar aldıq. Bildirilib ki, TƏBİB yalnız tabeli tibb müəssisələrinin nəzdində və ərazisində aptek fəaliyyətini və dərman təchizatını təşkil edir. Bu təşəbbüslə aiddiyyəti üzrə müvafiq qurumlar çıxış edə bilər.
Qeyd olunub ki, Bulvarda ilk həkim yardımı 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası çağırılmaqla çox qısa zamanda həyata keçirilməkdədir.
İcbari Tibbi Sığortanın mətbuat xidməti isə deyir ki, təşəbbüs Bulvar İdarəsindən irəli sürülməlidir.
Belə qənaətə gəlmək olar ki, ilkin yardımı mühafizəçilər edəcəklər.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən tibb eksperti Sahib Qasımov deyir ki, təcili yardımı gözləyənə qədər Bulvarın nəzdində xəstəyə tibbi müdaxilə edəcək şəxs və dərmanlar olmalıdır. Onun sözlərinə görə, Bulvarın nəzdində dərman köşkləri olmalıdır ki, ziyarətçilərin ərazidən kənara çıxmaqlarına ehtiyac qalmasın: “Hazırda havaların soyuq keçməsi ilə bağlı Milli Parka üz tutanların sayı azlıq təşkil edir. Lakin yay aylarında yaşlı insanları və dəyişən atmosferi nəzərə alsaq, ilk yardım köşkləri və kiçik apteklərin olması zəruridir. Fikrimcə, orada böyük aptek yaratmağa ehtiyac yoxdur. Onsuz da şəhərdə kifayət qədər apteklər var. Məqsəd insanlar üçün ehtiyat dərmanlarının əlçatan olmasıdır. 15 kvadratmetrlik bir yeri izolyasiya edib, apteklər açmaq mümkündür. Dünyanın bir çox ölkələrində bu xidmət varsa, niyə də bizdə olmasın? Xəstə olan insanlar bəzən ehtiyat dərmanlarını üzərində daşımağı unudurlar. Bu zaman dərman axtarmalı olurlar. Aptek isə ancaq şəhərin başqa bir nöqtəsində var. Məsələ köşk yaradıb içinə dərmanları qoymaqla da bitmir. Həmin dərmanların saxlanılma şəraitinə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta kimi qurumlar tərəfindən ciddi nəzarət olunmalıdır. Bizim səlahiyyətimizdə deyil, deməklə məsələ həll olunmur. İnsanların səhhətinə görə xidmət etmək ümdə vəzifədir. “Yeni Azərbaycan” qəzeti tərəfindən irəli sürülmüş bu təşəbbüsü yüksək qiymətləndirirəm. Unutmayaq ki, sağlamlıqdan vacib məsələ yoxdur”.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

