Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ruhun təmassız masajı

Ruhun təmassız masajı

08.04.2022 [10:40]

Astral səyahətə çıxa bilərikmi?

İ.HƏKİMOĞLU

Yuxu zamanı yuxu gördüyünüzün fərqində olmaq və yuxularınızı idarə etmək, astral müstəviyə girib ölkələr, planetlər və ya hətta başqa ölçülər və həyat arasında səyahət etmək mümkündürmü? Mümkündür.

İnsanlar ruhi və fiziki bədəndən ibarətdir. Yatdıqları zaman ruhi bədənləri fiziki bədəndən ayrılır və sonradan geri qayıdır.

Təbii ki, bu zaman ruhu idarə etmək mümkün deyil. Amma bəzən elə olur ki, insanın ruhu bədənindən ayrılır və şüurlu şəkildə idarə edildiyi iddia olunur. Buna astral səyahət deyilir. Astral səyahət zamanı insanlar keçmişi və gələcəyi görə, qeyri-adi, qorxulu varlıqlarla qarşılaşa bilərlər. İstənilən insan xüsusi təlim keçdikdən və özünü hazırladıqdan sonra astral səyahətə çıxa bilər.

Astral səyahət zamanı insanın şüuru açıq olur, ruhu bədəninin xaricində olmaqla başqa məkanlara səyahət edə bilir.

İstər yoqada, istər buddizmdə, hətta sufizmin özündə insanların müəyyən təlqinlər vasitəsilə müəyyən mərhələləri keçməsi, özlərini astral əraziyə salması barədə faktlar var.

 Azərbaycanda ilk və yeganə bir mərkəz var ki, orada astral səyahətə çıxmaq üçün hazırlanmaq, yoqa, səs meditasiyası vasitəsilə müalicə almaq olar. Səs Müalicəsi və Vokal Yoqa Mərkəzinin rəhbəri musiqiçi İlhamə Babayevadır. İlhamə Babayeva rahatlıqla astral səyahətə çıxdığını iddia edir və artıq daha bir üst mərtəbəyə adladığı üçün təlimçi kimi fəaliyyət göstərir. Onun bu qəribə “yolçuluğu” uşaqlıq çağlarından başlayıb.

“Çox uzun müddətdir ki, alfa, teta, delta kimi dalğaların fərqli spektrinin vibrasiyasını və onların beyin və insan şüurunun fəaliyyətinə necə təsir etdiyini öyrənirəm. Mən xüsusi generatorda müəyyən tezlikləri götürdüm və qulaqcıqlar vasitəsilə onlara qulaq asdım. Teta dalğalarını, yəni şüurun müəyyən vəziyyətlərə daxil olmasına imkan verən müəyyən tezlikləri dinləməyə başladım. Mən uzun müddət belə səslərə qulaq asdım, ona görə də astral müstəviyə “atıldım”. Bəzən şüurlu yuxu ilə astral səyahəti qarışdırırlar. Şüurlu yuxu odur ki, yuxuda olduğunu başa düşürsən və ətrafda baş verənlərə nəzarət edirsən. Astral bədən isə emosional bədəndir. Fiziki bədəni tərk etdikdə belə bir səyahət, hətta qorxulu və təhlükəli ola bilər. Başqa ölçülərdə və fərqli həyatlarda uçuş zamanı həm qaranlıq, həm də işıq qüvvələrinə istinad edə bilən müxtəlif varlıqlarla qarşılaşa bilərsiniz. Ağlımız təsəvvür etmə qabiliyyəti sayəsində onların təəssüratını daha da kəskinləşdirə bilər. Mən bunu ilk dəfə yaşayanda baş verənlərdən çox qorxdum. Astral bədənin səyahət zamanı qarşılaşdığı hər şey reallıqdır. Reallıq ağlımızın proyeksiyasıdır. Əgər varlıq oradadırsa, deməli orada mövcuddur. Bütün insanlar öz qavrayışından, dünyagörüşündən asılı olaraq onlara fərqli baxırlar.

Bir çoxları bunu yaşadıqdan sonra başlarına gələnləri tam başa düşmürlər. Möminlər bunu bir növ dini təcrübə kimi qəbul edirlər. Hər şey insanın biliyindən, düşüncə şəklindən asılıdır”, - deyə ekspert qeyd edir. O qeyd edir ki, uşaqkən astral səyahətlərə, sadəcə uşaq marağından meyil göstəribsə, indi öz keçmişini öyrənmək, orqanizmindəki xəstəliklərin hansı uşaqlıq travmaları ilə bağlı olduğunu öyrənmək üçün girir.

“Son zamanlar astral müstəviyə çox keçmirəm. Ruhani təcrübələrim yeni səviyyəyə keçib. Daha tez-tez spontan baş verən aydın yuxular görür və bu yuxulara nəzarət edə, mənə maraqlı olan məqamları öyrənməyə başlayıram. Verdiyim daxili suallar və yuxuda özümü axtarmaq reallıqda cavablandırılır.

Məsələn, yuxularımın birində mən dərin uşaqlığa qədəm qoydum və bugünkü İlhamənin başına gələnləri dərk etməyə çalışdım. Fakt budur ki, həyatımda emosional sıçrayışlar olub - bunun kökünün uşaqlıqda olduğunu başa düşdüm. Həmin günlərə dönə, nələr baş verdiyini görə bilirəm. Və ya verdiyim suala real aləmdə cavablar tapa bilirəm. Bu müxtəlif işarələr şəklində olur”, - deyə İlhamə qeyd edir. 

“Astral səyahətdən sonra bədəninizə qayıtmamaq riski varmı?” sualına o belə cavab verir. “Əgər inanırsan ki, qayıda bilməyəcəksən, o zaman oradan qayıtmaya da bilərsən. Əgər indi harada olursunuzsa olun, sizin üçün təhlükəsiz olduğuna inanırsınızsa, o zaman olacaq, lakin bu, dərin izah tələb edir”.

Astral səyahətin insan sağlamlığı ilə əlaqəsi barədə danışan İ.Babayevanın fikrinə görə, mənəvi əməllərlə məşğul olan adam ağır xəstəliklərə nadirən yoluxurlar. “Düşüncə forması səviyyəsində özünü təkmilləşdirmək üçün iş gedir. Əgər şüur təmizdirsə, özünüzü və dünyanı dərk etmək üçün dərin özünüdərk halındasınızsa, o zaman sağlam olacaqsınız. Bütün xəstəliklər psixosomatikdir. Xəstəlikləri öncə düşüncələrimiz yaradır. Biz müalicəni səslə, özünütəlqinlə aparırıq. Bütün dünyada bilinən Himalay masajı, başqa sözlə təmassız masaj nədir? Bu, bədənin müxtəlif nöqtələrinə vibrasiya təsiri olan çox güclü bir müalicə prosedurudur. Hüceyrə səviyyəsində bir insanı dəyişdirir, tamamilə rahatlamağa kömək edir, profilaktik təsir göstərir və kəskinləşən xəstəliklərin qarşısını alır. Hamilə qadınlar da daxil olmaqla, tamamilə hər kəs üçün təhlükəsiz və uyğundur. Himalay masajı təmaslı və təmassız, yəni akustik ola bilər. Bu titrəşimlər insanın aurasına, fiziki deyil, astral bədəninə təsir edir. Fiziki bədən bu prosedur zamanı rahatlanır və heç nə hiss etmir. Vibro-akustik masaj insanın zehni və fiziki bədəni ilə işləyən çox qədim texnologiyadır. Tarixə nəzər salsaq, səsin təkcə müalicə üçün deyil, həm də əşyaları hərəkət etdirmək üçün istifadə edildiyini xatırlayırıq. Bu, bizə əcdadlarımızdan miras qalmış çox dərin texnologiyadır”.

Bax belə. Astral səyahət barədə çox eşitmiş ola bilərsiniz. Amma bunu hiss etmək, yaşamaq istəyirsinizsə, yolunuzu səslərin sehirli dünyasından, İlhamə xanımın yanından salmalısınız. Ondan öncə isə mənəviyyatınıza yük olan bütün dünyəvi sıxıntılardan can qurtarmalısınız. Əgər astral yolçuluğunuzun işıqlı olmasını istəyirsinizsə.

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31