Unudulan peşələr
23.04.2022 [12:10]
Qədim şəhərin çarvadarları, qoçuları, mütrübləri, rəmmalları...
İlhamə HƏKİMOĞLU
Dövr dəyişdikcə insanlar və onların məşğuliyyətləri də dəyişir. Texnologiyanın sürətli inkişafı ilə dövrümüzdə proqramçı, kompüter ustası, televizor təmirçisi, brokerlər, menecerlər, maklerlər və daha neçə-neçə yeni sənət növləri yarandı. Eyni zamanda, çoxlu sayda qədim peşələr günün reallığına cavab vermədiyi üçün sıradan çıxdı, unuduldu. Bu gün unudulan məşğuliyyət növlərini sadalamaqla yanaşı, keçmişdə istifadə edilən bəzi peşə növlərinin adlarının bu günə köçürülməsinin mümkünlüyünü də xatırlatmaq istərdik. Məsələn, qədimlərdə gəlinləri bəzəmək üçün xüsusi məşşatələr olardı. Bir növ bizim indiki kosmetoloqların, makiyaj ustalarının gördükləri işi görərdilər.
İndi yun çırpıb, yorğan-döşək salmaq qadın işi sayılsa da, keçmişdə bu işi qolu qüvvətli kişilər-həllaclar edərdilər.
Sərraclar yəhər və sair qoşqu ləvazimatı düzəldib satmaqla məşğul olurdular. Atın ayağına nal vuranlar isə nalbəndlər idilər.
Münəccimlər əsasən sarayda yaşayır, ulduzların hərəkətlərini izləyir və bu hərəkətlər əsasında padşahı hansı müjdənin və ya fəlakətin gözlədiyini proqnozlaşdırırdılar. Rəmmallar isə müxtəlif vasitələrlə fala baxan adamlara deyirdilər. Bu adamlar çox zaman nücum elmini (ulduzları) yaxşı bilirdilər. Papaqçılar, adından məlum olduğu kimi, müxtəlif növ papaqlar hazırlayardılar və bu, çox hörmətli peşə sayılırdı. Təbiblər türkəçarə üsullarla təbabətlə, əttarlar müxtəlif otların dilini öyrənməklə yanaşı, ədviyyat hazırlamaqla, kimyagərlər əsasən zəhər və zəhərə qarşı məhlullar hazırlamaqla məşğul olurdular. Sarvanlar karvanlara qoşulub yola çıxan bələdçilərə deyilirdi. Onları bəzən karvanbaşı da adlandırırdılar. Pinəçilər ayaqqabı tikir, köhnə ayaqqabıları yamayardılar. Kankanlar quyu qazan adamlara deyərdilər, dərin quyular qazıb su çıxarılmasına xidmət edərdilər. Bir də bu peşəyə bənzəyən lağımçılar var idi. Onlar müxtəlif binaların altına lağım atardılar, başqa sözlə, gizli yollar çəkərdilər. Mütrüblər toylarda çalıb-oynayan şənlik təşkil edən dəstəyə deyərdilər. Mütrüb kişiləri yüksək təbəqənin adamları o qədər də önəmsəməz, onların yanında qız-gəlinlərin üzüaçıq dolaşmasına izn verərdilər. (XX əsrə qədər Azərbaycan kişiləri erməni və mütrübləri eyni pillədə görər, qadınların onların yanında yaşmaqlanmasını tələb etməzdilər)
Çarvadar isə yük heyvanı ilə muzdla yük daşımaqla məşğul olan adama deyərdilər. Onlar bir növ indiki nəqliyyat daşımaları işini görürdülər. Torpağı şumlayıb, əkin işini yaxşı bilənlərə cütçülər deyilirdi, cütçülər çox zaman öz tarlalarını əkməklə yanaşı, muzdla başqalarının tarlasında da işləyirdilər. Onları muzdla işlədən varlılara isə muzdur deyilərdi.
Gön aşılayıb, onu hazır dəri şəklinə salanlara dabbaq deyilərdi. “Dabbaqda gönünə bələdəm” məsəlini eşitməmiş olmazsınız.
Dəlləklər həm indiki bərbər vəzifəsini görürdülər, həm diş çəkirdilər, həm də müsəlman uşaqların sünnət edilməsi onlara həvalə olunurdu.
Dəllalar bir növ indiki maklerlərin işini görürdülər. Alverdə alanla satan arasında vasitəçilik edirdilər. Parça alverilə məşğul olan adamlara isə sövdəgər, bu işi xırda sahibkarlığa çevirən, küçə-küçə gəzənlərə arşınmalçılar deyilərdi. Öz dövrünə görə, tacirlər indiki biznesmenlər, arabaçılar indiki sürücülər sayıla bilərdi. Bundan əlavə, qaralmış qazanları ağardıb təmizləyənə qalayçı, misdən müxtəlif məişət əşyaları düzəldənlərə misgər, gildən qab düzəldənlərə dulusçu, qamışdan həsir, zənbil hazırlayanlara həsirçi deyilərdi. Hörmətli peşələrdən biri də dəmirçilik və silahdüzəltmə idi. Gözəl xətlə yazı yazan xəttat və mirzələr də hörmət sahibi idilər.
Bu gün aradan qalxmış peşələrdən biri də cəlla?dır. Yəqin nə olduğunu demədən də anlayarsınız. Cəlladlar həmişə edama üzübağlı gedərdilər ki, edam olunanın qohum-əqrəbaları onları tanımasın, kin tutmasın. Sarayda böyük maaşa çalışan cəlladların məzarları əsasən gizli olar, üstünə ad yazılmazdı.
Toylarda çalanlara sazəndələr deyərdilər və hələ zurnaçıların özlərinin zil verəni də olurdu.
Çaparlar, qasidlər poçtun olmadığı zamanlarda bir yerdən başqa yerə təcili xəbər aparan adamlara deyərdilər. Çapar və qasidlərin öz dayanacaq nöqtələri olur, burada yorulan atlarını dəyişib, yeni atla yola davam edərdilər ki, xəbər gecikməsin.
Hambal, hamamçı, kisəçi, bənna, xarrat, boyaqçı, xalçaçı, zərgər, daşyonan, kərpickəsən, keçəçi, təkəldüzçu qədim sənətlərdir və tam itib-batmayıblar.
Maraqlı peşələrdən biri də qoçuluq idi. İndi fərqli mənada işlədilən bu peşənin maraqlı yaranma tarixi var. Əvvəllər isə “qoçu” neft maqnatlarının şəxsi mühafizəçilərinə deyirdilər. XIX əsrdə sürətlə varlanan Bakıda Tiflisdən gələn, özlərini “kito” adlandıran adamlar yerli tacirlər, sənayeçilər üçün əsl başağrısına çevrilmişdilər. Bakı milyonçuları da fiziki güclü, silahla davranmağı yaxşı bacaran kişiləri özlərinə qoruqçu tuturdular. Az zaman içində qoruqçu sözü “qoçu” sözünə çevrildi.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

