Cocuqların günahı nə?
04.06.2022 [11:10]
Hər 6 uşaqdan 1-i müharibə şəraitində yaşayır
MÜŞFİQƏ
Sivilizasiyanın inkişaf etdiyi, insan haqlarının bu qədər ön planda olduğu bir dövrdə, biz hələ də uşaqların fiziki, əqli və mənəvi cəhətdən istismar edildiyini görürük. Xüsusən də münaqişələrin intensiv olduğu bölgələrdə ən çox zərər çəkənlər də uşaqlardır. Uşaqların yaşadıqları iztirabları dünyaya çatdırmaq məqsədilə 1982-ci ildə BMT-nin qərarı ilə 4 iyun “Təcavüz qurbanları olan günahsız uşaqların Beynəlxalq günü” (International Day of Innocent Children Victims of Aggression) elan edilib. Əfsuslar olsun ki, bu qərarın qəbulundan 40 il keçməsinə baxmayaraq, çox şeyin dəyişmədiyini görürük. Dünyanın bir çox yerlərində hələ də müharibələr davam edir...
Olmaz olsun böyle savaş
Çocukların günahı ne?
BMT-nin hesabatlarına görə, dünyada 415 milyon uşaq münaqişə zonalarında yaşayır, onlardan 149 milyonu gərgin münaqişə zonalarındadır. Yəni hər altı uşaqdan biri münaqişə zonasında yaşayır. “Save the Children” beynəlxalq qeyri-hökumət təşkilatının dərc etdiyi hesabata görə, 2020-ci ildə 337 milyona yaxın uşaq silahlı qrupların və hökumət qüvvələrinin nəzarəti altındadır, 1990-cı illə müqayisədə üç dəfə çoxdur. Məsələn, Nigeriyada 45 milyona yaxın uşaq münaqişə zonalarında yaşayır. Daha sonra Meksika, Konqo Demokratik Respublikası və Əfqanıstan gəlir.
UNICEF: Ukraynalı uşaqların yarıdan çoxu didərgin düşüb
UNICEF-in icraçı direktoru Catherine Russell bildirib ki, Ukraynada bir aydır davam edən müharibə ölkənin 7,5 milyona yaxın uşaq əhalisinin yarıdan çoxunun (4,3 milyon) qaçqın düşməsinə səbəb olub. Buraya qonşu ölkələrə qaçqın kimi keçən 1,8 milyondan çox uşaq və hazırda Ukraynada məcburi köçkün olan 2,5 milyon uşaq daxildir. Fevralın 24-də müharibə başlayandan bəri Ukraynada 268 uşaq qətlə yetirilib, 446 uşaq güllə və qəlpə yarası alıb. 1933 uşaq isə itkin düşüb.
Qeyd edək ki, təşkilata BMT-nin təsdiq edə biləcəyi hesabatlara əsaslanır və faktiki ölənlərin sayı çox güman ki, daha çoxdur.
Müharibə qurbanı olan uşaqlarımız
Bu bəladan Azərbaycan uşaqları da yan keçməyib. Ermənilərin hələ sovet dövründə bu rejimdən bəhrələnərək ötən əsrin 80-ci illərindən üzü bəri həyata keçirdikləri deportasiya, işğalçılıq və soyqırımı siyasəti yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması, qətlə yetirilməsi ilə nəticələndi. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna, mənliyinə yönəlmiş bu hərbi təcavüz, əslində, ermənilərin planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edirdi.
Təkcə münaqişə dövründə 200-ə yaxın azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71 uşaq itkin düşüb, 29 azyaşlı hələ də girovluqdadır. Xocalı faciəsi zamanı qətlə yetirilən 613 nəfər dinc sakinin 63-ü, yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub. Xocalı faciəsində 155 uşaq bir və ya hər iki valideynini itirib. Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi zamanı isə səkkizi məktəbli olmaqla 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq yetim qalıb.
Uşaqları raket atəşinə tutdular
Məlum olduğu kimi, Vətən müharibəsi dövründə Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmışdı. Bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak oldu, 175 nəfər yaralandı. Onlarla uşaq ata-anasını itirdi. Ermənistanın Azərbaycanın mülki əhalisinə, xüsusilə uşaqlara qarşı vandalizmi ilk deyildi. Bu ərəfədə bir sıra rayonlarımız ballistik raketlər, snayper və ağır artilleriya qurğularından atəşə tutuldu. Hərbi təcavüzlər nəticəsində 12 uşaq həlak oldu. Erməni terroru nəticəsində Ağcabədi rayonunun Taynaq kənd sakini, 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu, Naftalan rayonunun Qaşaltı kənd sakinləri 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 2006-cı il təvəllüdlü Fidan Qurbanova həlak oldular. Uşaqlara qarşı erməni vəhşiliyi bununla bitmədi. 2011-ci il martın 8-də düşmən snayperi tərəfindən səkkiz yaşlı Fariz Arzu oğlu Bədəlov qətlə yetirildi. Nənəsiylə birlikdə öldürülən on dörd aylıq Zəhra Quliyeva da erməni terrorunun qurbanlarındandır. 2016-cı il fevralın 13-də Füzuli rayonunun Alxanlı qəsəbəsində dünyaya gələn Zəhra, 2017-ci il iyulun 4-də saat 20:40 radələrində ermənilərin Alxanlını atəşə tutması zamanı nənəsi Sahibə Quliyeva ilə birlikdə həlak oldu.
Bundan başqa, 2016-cı il Aprel döyüşlərində düşmənin Tərtərin Həsənqaya kəndini atəşə tutması nəticəsində 2000-ci il təvəllüdlü Kəlbəcər sakini Həsənli Turanə Kamandar qızı dünyasını dəyişdi.
Erməni terrorunun qurbanına çevrilmiş günahsız uşaqların sırasında Narin Xalıqova da vardı. O 2019-cu il dekabrın 17-də Gəncədə dünyaya gəlmişdi. Ailənin tək övladı olan Narin anası və yaxınları ilə birlikdə erməni terrorunun qurbanına çevrildi. Şəhid statusunu aldı.
Hər biri, əslində cənnət quşlarıdır. Övladlarımıza qarşı baş verən erməni təxribatı vəhşiliyin, vandal davranışın və uşaq qətllərinin bariz nümunəsidir. Fəxrlə deyə bilərik ki, Azərbaycan dövləti düşmənin hər bir təxribatına layiqincə cavab verdi. Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu xain hücumların əvəzini döyüş meydanında çıxdı.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

