Uşaqlar hansı kitabları oxusunlar?
15.06.2022 [10:58]
Dil-ədəbiyyat dərslikləri dilçiliyi öyrətməlidir, ya zövqü formalaşdırmalıdır?
MÜŞFİQƏ
Uşaqların həsrətlə gözlədiyi yay tətili başlandı. Kimi tətil günləri üçün planlar cızır, kimi kəndə getmək arzusuyla intizar çəkir, kimi də yay uzunu oxuyacağı kitabların sıyahısını tutur. Bu yazı sonuncu variantı seçən uşaqlar üçündür. O uşaqlar üçün ki, yay tətilini məhz doyunca kitab oxumaq həvəsiylə gözləyirlər.
Uşaq beyni daha təmiz, daha həssas, daha saf olur. Çox vaxt balacalar böyüklərin dünyasına tez çatmağa can atırlar. Bu istək onların kitab seçiminə də yanlış təsir göstərə bilər. Xəyal dünyası zəngin olan uşaq üçün əlinə keçmiş zərərli bilginin “silah”a çevrilməsi heç də az rast gəlinən ehtimal deyil. Bəzən şüurun alt qatına hopan qaranlıq bilgilər, xatirələr insanı bir ömür boyu izləyir, onun həyatını zəhərə döndərir. Odur ki, haqlı sual yaranır: uşaq, yeniyetmə kitab seçərkən nələrə diqqət yetirməlidir?
ABŞ-da uşaqlar yay tətili zamanı kitab klublarına yazılırlar. Bu klublarda onlar yaş kateqoriyalarına və zövqlərinə uyğun kitablarla təmin olunurlar. Oxunmalı kitabların siyahısı öncədən tərtib edilir. Okeanın bu tayında isə əksər valideynlər uşaqlarının boş vaxtlarını əyləncəylə, cürbəcür oyunlarla keçirməsinə adi baxırlar. Beləcə, ilin qızıl kimi üç ayı havaya sovrulur.
Dəcəl meymun, çolaq ayı, çəp keçi,
Bir ulağa yoldaş oldu hər üçü...
(Krılov “Sazandalar”)
Yaxud:
Çıxdı günəş, doldu cahan nur ilə,
Cütçü sürür tarlada cüt şur ilə...
M.Ə.Sabir (Cütçü)
Bu kimi şeirlər ana südü qədər faydalı mənəvi qidadır. Dil-ədəbiyyat dərsliklərində təsadüfi müəlliflərin dadsız-tamsız şeirlərinə baxdıqca düşünürsən: dərslikləri bədii keyfiyyətdən məhrum cızma-qaralarla yükləməkdə müəlliflərin məqsədi nədir? Dərslik dilçi, ədəbiyyatçı yetişdirmir, dərslik şagirdə dilin gözəlliklərini daddırmalıdır, onun zövqünü itiləməli, duyğusunu tərbiyələndirməlidir. Zövqlə yazılmış əsərləri yaddaşına hopduran şagird zəif şeiri, hekayəni bəyənməyəcək. Eynilə musiqidə də belədir - bayağı musiqi zövqü korlayır.
Sovet dövründə bizdə 50 cild?ik dünya uşaq ədəbiyyatı silsiləsi çap olunmuşdu. Ola bilsin, o silsilədən işıq üzü görmüş əsərlərin beşi-onu bu gün aktuallığını itirib, qalanları ki, həmişəcavan ədəbi nümunələrdir. Bu sırada uşaqlara saf duyğular, dostluq, qəhrəmanlıq, səmimiyyət təlqin edən çoxlu şeir, nəsr örnəkləri var. Söhbət hansı kitablardan gedir? Tərtib etdiyimiz siyahı, burada yer alan əsərlər məktəblilər üçün həm təklif, həm tövsiyə xarakteri daşıyır.
10 yaşa qədər oxunmalı kitablar:
Azərbaycan nağılları
Azərbaycan dastanları
Abdulla Şaiq. “Tülkü həccə gedir”
Abbas Səhhətin şeirləri və tərcümələri
Mirzə Ələkbər Sabirin uşaq şeirləri
Süleyman Sani Axundov. “Qorxulu nağıllar”
Səməd Behrəngi. “Balaca qara balıq”
İvan Krılovun şeirləri (Abbas Səhhətin çevirməsində)
Lev Tolstoyun uşaq hekayələri
Hans Xristian Andersen. “Kralın təzə libası”
Qrimm qardaşları. “Bremen musiqiçiləri”
10 yaşdan yuxarı:
Mark Tven. “Şahzadə və dilənçi”, “Tom Soyyerin
macəraları”
Aleksandr Düma. “Üç muşketyor”
Mayn Rid. “Başsız atlı”
Robert Lüis Stivenson. “Dəfinələr adası”
Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”
Əziz Nesin. “İndiki uşaqlar möcüzədirlər”
Nodar Dumbadze. “Mən, nənəm, İliko və İllarion”
Aleksandr Puşkin. “Balıqçı və balıq nağılı”
Ceyms Fenimor Kuper. “Sonuncu mogikan”, “Ləpirçi”
Harriyet Biçer-Stou. “Tom dayının daxması”
Astrid Lindqren. “Damda yaşayan Karlson”
Jül Vern. “Kapitan Qrantın uşaqları”
Valter Skott. “Kventin Dorvard”
Artur Konan Doyl. “Baskervillərin iti”
Aqata Kristi. “On zənci balası”, “Şərq ekspresində qətl”
Migel de Servantes. “Don Kixot”
Fransua Rable. “Qarqantua və Pantaqruel”
Nikolay Qoqol. “Dikanka yaxınlığında xutor axşamları”
Daniel Defo. “Robinzon Kruzo”
Conatan Svift. “Qulliverin səyahəti”
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

