Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Türk dünyasının ortaq dərslikləri hazırlanır

Türk dünyasının ortaq dərslikləri hazırlanır

02.07.2022 [13:00]

Hansı meyarlar nəzərə alınacaq?

Y.SAHİB

Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının Nur-Sultanda keçirilən növbəti 5-ci iclasında “Ortaq Türk tarixi”, “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərsliklərinin mətni və proqramı üzv ölkələrin nazirləri və təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunub, müvafiq protokol imzalanıb. Dərsliklər türk dövlətləri başçılarının zirvə görüşlərində qəbul edilən qərarlara uyğun olaraq Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb.

Xatırladaq ki, 2021-ci ildə Elmi Şuranın İstanbulda keçirilən 4-cü iclasında ortaq dərsliklərlə bağlı komissiyanın yaradılmasına qərar verilib və Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il 16-18 may tarixlərində dərslik mətnlərinin təsdiqi məqsədilə ekspertlər toplantısı keçirilib. Bu iclasda ekspertlər hər üç dərsliyin mətnlərini razılaşdırıblar. Toplantıda təhsil naziri Emin Əmrullayev ortaq türk coğrafiyası və ədəbiyyatı ilə bağlı dərsliklərin hazırlandığını, bu dərsliklərin böyük önəm kəsb etdiyini vurğulayıb.

“Ortaq Türk tarixi” dərsliyi 7 bölmədən ibarətdir və 15-ci əsrə qədər türk xalqlarının tarixini özündə əks etdirir. “Türk dünyası coğrafiyası” dərsliyinin məzmunu bütövlükdə ?ürk dünyasının coğrafi mənzərəsinin, türklərin coğrafi anlayış və ideyalarının öyrənilməsinə yönəlib. “Ortaq Türk ədəbiyyatı” dərsliyi isə şagirdlərdə ortaq düşüncə və mədəni dəyərlər haqqında təsəvvür yaratmaq məqsədi daşıyır.

5-ci Elmi Şurada qəbul edilmiş yekun protokola uyğun olaraq, tərəflər dərsliklərin proqram və mətnlərini təsdiqləyib, onların öz ölkələrinin orta təhsil müəssisələrində tədrisini təmin etməyi və dərsliklərin təbliği məqsədilə müxtəlif tədbirlər təşkil etməyi üzərlərinə götürüblər.

Məlumdur ki, bəzən orta məktəblərimizdəki dərsliklərdə olan müxtəlif çatışmazlıqlar narazılıqla qarşılanır. Belə olan halda ortaq türk dərsliklərinin hazırlanmasında hansı meyarlar nəzərə alınacaq?

Faydasından çox ziyanı ola bilər

Təhsil eksperti Kamran Əsədov “Yeni Azərbaycan”a açıqlamasında bildir?b ki, bir müddətdir orta məktəblərdə yeni fənn olaraq “Ortaq türk tarixi”, “Ortaq türk ?oğrafiyası”, “Ortaq türk dili və ədəbiyyatı” dərsinin tədrisi gündəmdədir və növbəti tədris ilindən bunun fakültativ fənn kimi keçirilməsi planlaşdırılır: “Həmin kitablarda da ortaq türk tarixində türk xalqlarının qədim, orta əsr dövr tarixinə, ədəbiyyatına, coğrafiyasına bütün türk dünyası üçün qəbul edilən bir baxış konsepsiyasında yazılması nəzərdə tutulur. Maraqlısı və sual olunanı odur ki, burada tarixin XV ərsə qədərki dövrü əhatə olunur. Əlbəttə ki, türk dilində dərsliklər gənc nəsillərin bir-birini daha yaxşı anlamaları, sağlam əlaqələr qurması üçün vacib amildir. Lakin hesab edirəm ki, Azərbaycan beynəlxalq təşkilatların tam hüquqlu üzvü kimi, qonşu dövlətlərlə əlaqə quran etibarlı tərəfdaş kimi hansısa siyasi təsirə düşməməlidir. Bu addım bizimlə yaxşı münasibətləri olan slavyan və digər millətlərin nümayəndələri ilə gərginlik yarada bilər. Heç kim zəmanət verə bilməz ki, ordakı informasiyalar digər dövlətlərə və ya dövlətlər qrupuna qarşı yönəlməmiş olsun. Bu dərsliyin yazılması, istifadəyə verilməsi bir sıra ciddi problemlər yarada bilər”.

Ekspertin fikrincə, dərslik elə yazılmalıdır ki, onu oxuyanlar tarixdən ibrət alsınlar, buraxılan səhvləri təkrar etməsinlər: “Tarixin XX əsrə qədər olan bütün dövrlərində türk dövlətləri bir-biriləri ilə amansız müharibələr aparıblar. Bir-birilərinə qarşı qanlı döyüşlər ediblər. Bunların yenidən işıqlandırılması türk dövlətləri arasında yaranmış xoş münasibətə xələl gətirə bilər.

Vacib bir məqamı qeyd edim ki, müstəqillik bərpa edildikdən sonra Türk dünyası tarixi istər orta, istərsə də ali məktəblərdə keçirilir. Orta məktəblərdə istifadə olunan tarix dərsliklərində geniş şəkildə Türk dünyasının bütün dövlətləri ayrıca olaraq tədris olunur. Ali məktəblərdə bu istiqamətdə kafedralar da yaradılıb. Hətta universitetlərdə ayrıca dissertasiyalar da yazılır. Azərbaycan Türk dünyasının tərkib hissəsi kimi digər dövlətlərə geniş şəkildə yer və önəm verir. Amma digər türkdilli dövlətlərdə bu məsələ hələ yox dərəcəsindədir. Yəni bizim etdiyimizin heç bir faizini digər türk dövlətləri etmir. Heç bir Türk dünyası ölkələrinin tarix dərsliyində Azərbaycan haqqında, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız haqqında geniş məlumat yoxdur.

Bizim dərsliklər kifayət qədər informasiya yükünə malikdir. Bundan başqa, ölkəmiz tolerant bir ölkə kimi bütün dinlərlə, millətlərə bərabər imkanlar yaradır.

Düzdür, bir kökdən, bir dilə mənsub olan xalqların etnik, mədəniyyət, tarix birliyindən eyni dərəcədə xəbərdar olmasına, digər tərəfdən keçmiş tarixin elə bir şəkildə təqdimatına ehtiyac var ki, bu xalqlar bir-birinə daha yaxın olsun, eyni ortaq mədəniyyətin sahibləri olduqlarını bilsinlər. Ancaq burada başqa bir problem də ortaya çıxır. Belə ki, Türk dünyası irili-xırdalı 120-yə yaxın dövləti əhatə edir. Bunların ortaq dərsliyi necə, hansı həcmdə ola bilər? Böyük türk dövlətləri var. Onların tarixlərini hansı həcmdə təqdim etmək olar? Ona görə də bu, əsaslı yox, sadəcə bir məlumatverici dərslik ola bilər. Düşünmək olar ki, belə bir dərslik türk xalqlarının bir-birinə nə qədər yaxın olduqlarını, ortaq dəyərlərinin olmasını təbliğ edəcək”.

Dərsliklər ümumxalq müzakirəsinə verilməlidir

Təhsil üzrə ekspert Nadir İsrafilov isə bildirib ki, sözügedən dərsliklərin hazırlanması və tədris olunması zaman-zaman müzakirə olunub: “Təxminən 20 il öncə bununla bağlı təşəbbüs göstərilib. Qarabağ işğaldan azad edildikdən sonra yenidən gündəmə gəlib. Bunun üçün, ilk növbədə, tədris planları dəyişməlidir. Türkiyədə təhsil müddəti 12 ildir, bizdə 11 il. Dərsliklərin hazırlanması çətin deyil.  Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” adlı sənəd qəbul olunub. Həmin sənəddə konkret olaraq göstərilir ki, 12 illik təhsilə keçid yaradılmalıdır. 2020-ci ildə bu reallaşmalı idi, lakin bu keçid alınmadı. “Ümumi təhsil haqqında” qanuna məktəbəqədər hazırlıq, ibtidai və tam orta təhsilin ümumi təhsil sayılması ilə bağlı maddə daxil edildi. Məktəbəqədər təhsili də hesablasaq, belə çıxır ki, biz 12 illik təhsilə keçmişik. Bir sözlə, tədris planında siniflər üzrə uyğunluq olmalı, ortaq dərsliklər hazırlanarkən təhsil pillələrini nəzərə almaq lazımdır”.

Ekspert dərsliklərin ümumxalq müzakirəsinə verilməsini təklif edib: “Metodistlər, mütəxəssislər fikrini bildirməlidirlər, uzlaşma olmalıdır. Məsələn, “Ortaq Türk tarixi” dərsliyi hazırlanarkən tarixi hadisələr elə uzlaşdırılmalıdır ki, ümumi dünyagörüşü formalaşsın. Dərslik yazmaqla iş bitmir. Göründüyü kimi, bir çox dərsliklərdə nöqsanlar var. Buna görə də təklif edirəm ki, ekspertlərin rəyi ilə ümumi fikrə gəlinməlidir. Eyni zamanda tədrisə birbaşa başlanmamalı, pilot layihə kimi təqdim edilməlidir. Müddətlə bağlı isə konkret fikir bildirmək çətindir. Hər şey gedişatdan asılıdır”.

Paylaş:
Baxılıb: 134 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31