Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Pandemiya yenidən qayıdır?

Pandemiya yenidən qayıdır?

06.07.2022 [10:45]

Dünyada COVİD-19 infeksiyasına yoluxma sayında artım müşahidə edilir

MÜBARİZ

Artıq iki ildən çoxdur ki, bütün dünya çağırılmamış qonağın - yeni növ koronavirus (COV?D-19) pandemiyasının gətirdiyi təlatüm içindədir. Ötən dövrdə həm insanların səhhətinə ciddi ziyan dəydi, COVİD-19-a yoluxan çoxlu sayda insan həyatla vidalaşdı, həm də qlobal iqtisadiyyatda böyük dərəcədə daralma prosesləri müşahidə olundu, ölkələr arasında get-gəl məhdudlaşdırıldı. Bütövlükdə, pandemiya başlayandan bəri dünya üzrə yeni növ koronavirus aşkarlanan insanların sayı 8 milyon 420 mini ötüb. Pandemiyadan həyatını itirənlərin sayı isə 451 700-dən çoxdur.

ÜST həyəcan təbili çalır

Ötən ilin sonu - cari ilin əvvəlindən etibarən bütün dünya üzrə insanların yeni növ koronavirus pandemiyası ilə bağlı narahatlıqları müəyyən qədər səngiməyə başladı. Yoluxma və ölüm saylarının azalmasında intensiv azalma insanları yeni növ koronavirussuz dönəmın qayıdacağına ümidləndirdi. Burada deyiblər ki, sən saydığını say, gör, fələk nə sayır. Budur, verilən statistikaya əsasən, son vaxtlarda COV?D-19-a yoluxma sayında yenidən artım dinamikası müşahidə edilməkdədir.

COV?D-19-a yoluxma və ölüm sayında qısamüddətli enmədən sonra yenidən artım dalğasının müşahidə edilməsi ciddi narahatlıq doğurur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq həyəcan təbili çalmağa başlayıb. Qurumun məlumatına əsasən, iyun ayının son həftəsi ərzində dünyada 4,5 milyondan çox adam koronavirus infeksiyasına yoluxub, 8,5 mindən çox adam koronavirus səbəbindən vəfat edib. Qurumun həftəlik bülletenində yer alan rəqəmlərdən görünür ki, koronavirusa yeni yoluxma hallarının və ölüm faktlarının sayı əvvəlki 7 günlə müqayisədə, müvafiq surətdə 18 və 3 faiz artıb. Bülletendə bildirilir ki, mart ayında müşahidə olunan son pik azalma meylindən sonra ötən ayın son həftəsi ərzində qeydə alınmış xəstələnmə hallarının sayı yenidən artıb. Ən çox yeni yoluxma halları Şərqi Aralıq dənizi bölgəsində (47 faiz), Avropada (33 faiz) və Cənub-Şərqi Asiyada (32 faiz) qeydə alınıb. Bununla bərabər, Afrikada yeni xəstələnmə hallarının sayı nəzərəçarpacaq dərəcədə (39 faiz) azalıb. Şərqi Aralıq dənizi bölgəsində ölüm hallarının sayı 22 faiz, Cənub-Şərqi Asiyada 15 faiz və Amerikada 11 faiz artıb. Monitorinqi aparılan həftə ərzində ən çox yoluxma halları ABŞ-da qeydə alınıb (701.855). Sonrakı yerləri Almaniya (504.655), Braziliya (349.791), İtaliya (340.012) və Çin (333.926) tutur. Yeddi gün ərzində ən çox ölənlər də ABŞ-da olub (1997). İnformasiya bülletenində göstərilir ki, sonrakı yerləri Braziliya (1313), Çin (925), Rusiya (429) və İtaliya (355) bölüşür.

Maskalı həyata dönüş

COVİD-19-a yoluxma və ölüm sayında artım dinamikası ölkələri yenidən sərt karantin tədbirlərinə əl atmağa sövq edə bilər. Artıq bununla bağlı ayrı-ayrı ölkələrdən anonslar da gəlməkdədir. Yeni növ koronavirusun “vətəni” sayılan Çində cari ilin mart ayından etibarən yeni qapanma tədbirlərinə əl atılıb. Bu ölkəyə gələnlərin, həmçinin COVID-19 xəstələri ilə yaxın təmasda olanların 7 günlük  karantində qalma müddəti tətbiq olunur. Rəsmilərin məlumatına görə, ölkəyə gələn insanlar yeddi gün karantində qalmalı, daha sonra üç gün evdə səhhətlərinə nəzarət etməlidirlər. Cari ildə bu ölkədə son iki ilin ən sərt qapanma tədbirləri  25 milyon əhalisi olan Şanxayda tətbiq edilib. Qeyd edək ki, Çində qeydə alınan yoluxmaların ümumi sayının üçdə-biri Şanxayın payına düşür.

İsrail Səhiyyə Nazirliyi ölkədə koronavirusun yeni, yeddinci dalğasının başladığını bəyan edib. Ölkədə xəstəxanalarda koronavirus şöbələri yenidən açılır, karantin tədbirlərinin sərtləşdirilməsi istisna olunmur.

Yerli newsru.co.il portalı Səhiyyə Nazirliyinə istinadla yazır ki, hazırda 47 min nəfər COVID-19 virusuna yoluxub, 572 nəfər xəstəxanaya yerləşdirilib, qalanları isə ev şəraitində müalicə olunur. Pandemiyanın başlanğıcından bəri İsraildə 4,2 milyondan çox yoluxma halı aşkarlanıb, yoluxanlardan 10,8 min nəfəri həyatını itirib.

Portalın məlumatına görə, Səhiyyə Nazirliyi hələlik qapalı məkanlarda və ictimai nəqliyyatda maska rejiminə qayıtmaqda israr etmir, lakin sakinlərə hər halda maska taxmaq tövsiyə olunur. Ölkədə xəstəxanalarda, poliklinika və apteklərdə, yaşlı insanların olduğu müəssisələrdə maskadan istifadə məcburidir.

Hökumət məcburi maska taxmaq qaydalarının yenidən tətbiqinə başlamalıdır. Belə bir çağırışla Türkiyənin tibb assosiasiyası çıxış edib. Bildirilir ki, qurum hökumətə müraciətini ölkədə yeni növ koronavirusa yoluxma sayının artım tendensiyasını nəzərə alaraq edib. Assosiasiyanın yaydığı müraciətdə qardaş ölkədə yeni növ koronavirusa yoluxma sayının artmasından ciddi narahatlıq ifadə olunub və bir sıra tədbirlərin görülməsinə çağırış edilib. Məcburi qaydada maska taxmaq dönəminə qayıdışı özündə ehtiva edən çağırışla yanaşı, gündəlik test sayının artırılması, vaksinasiyanın daha da sürətləndirilməsi də tövsiyə olunur. Müraciətdə bildirilir ki, Türkiyədə birinci doza üzrə vaksinasiya səviyyəsi 93, ikinci doza üzrə isə 85 faiz təşkil edir.

Azərbaycanda vəziyyət

ÜST-ün dəyərləndirmələrinə görə, Azərbaycan yeni növ koronavirus pandemiyasına qaşı ən effektiv mübarizə aparan nümunəvi ölkədir. Respublikamızda pandemiyanın daha geniş miqyasda yayılmasının qarşısını almaq məqsədilə zəruri prevantiv tədbirlər görülüb, o cümlədən ölkə üzrə çarpayı sayı artırılıb, bir neçə modul tipli xəstəxana inşa olunub, xüsusi laboratoriyalar yaradılıb. Respublikamızda vaksinasiya prosesi də uğurla davam etdirilir. Ölkədə peyvəndləmə prosesi 2021-ci il yanvarın 16-da təsdiqlənmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlayan ilk ölkədir. Dövlətimiz pandemiyanın ilk günlərindən etibarən lazımi addımları atmaqla, beynəlxalq təşkilatlarla dərhal müvafiq əməkdaşlığa başlamaqla buna nail olub. Alimlərin fikrincə, pandemiyanın sonlanması üçün kollektiv immunitetin formalaşması vacibdir və bu, əsas hədəfdir. Kollektiv immunitetin formalaşması üçün isə ölkə əhalisinin 60-70 faizinin peyvənd olunması lazımdır. Azərbaycan həmin hədəfə yaxındır. İndiyədək respublikamızda əhaliyə vurulan vaksinlərin ümumi sayı 13772531-ə çatıb.

Hələlik respublikamızda COVİD-19-a yoluxma sayında artım müşahidə edilmir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən 4 iyul 2022-ci il tarixində ölkə üzrə cəmi 17 yeni yoluxma faktı qeydə alınıb, ölüm sayı isə sıfıra bərabər olub. Bu, sevindirici məlumat olsa da, ehtiyatı əldən vermək olmaz. Xatırladaq ki, respublikamızda ümumi karantin qaydaları yumşaldılsa da, bəzi məhdudlaşdırıcı tədbirlər hələ də qüvvədədir. Yeni növ koronavirus  infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti isə sentyabrın 1-dək uzadılıb.

Paylaş:
Baxılıb: 154 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31