Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tələblər yumşaldılıb

Tələblər yumşaldılıb

16.08.2022 [10:50]

İpoteka kreditləri əldə etmək üçün...

N.PAŞA

Son günlər ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişiklik geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan iddialara görə, ipoteka kreditlərinin götürülməsi üçün tələb olan ilkin ödənişin məbləği artırılır. Bu və digər bənzər iddialar səbəbindən də bəzi vətəndaşlar sözügedən qərarın tətbiq edilməsilə uzunmüddətli kreditlərin əldə olunmasında müəyyən çətinliklərin yaranacağından narahatdırlar.

Deyilənlər həqiqəti əks etdirirmi? Yeni qərar nəyi dəyişəcək?

Mərkəzi Bankdan “Yeni Azərbaycan” qəzetinin sorğusuna cavab olaraq bildirildi ki, Mərkəzi Bankın 22 iyul 2022-ci il tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da daşınmaz əmlak krediti üzrə ilkin ödənişə dair tələblər sərtləşdirilməyib, əksinə yumşaldılıb: “Yeni qaydanın qəbulundan sonra daşınmaz əmlak krediti mülkiyyətində yaşayış sahəsi olmayan fiziki şəxs tərəfindən alındıqda və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edildikdə kreditin təminata nisbəti əmsalına dair tələb yumşaldılaraq 70%-dən 85%-ə qaldırılıb (yəni, ilkin ödəniş minimum 30%-dən 15%-ə salınıb). Digər daşınmaz əmlak kreditləri üzrə kreditin təminata nisbəti əmsalına dair tələb isə 2018-ci ilin 16 noyabr tarixindən etibarən tətbiq edildiyi kimi maksimum 70% həddində saxlanılıb. Bununla yanaşı, qeyd edək ki, Mərkəzi Bankın sözügedən tələbləri yalnız bankların daxili daşınmaz əmlak kreditlərinə şamil edilir.

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinə dair tələblər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə tənzimlənir”, - açıqlamada bildirilir.

Mütəxəssislər nə deyir?

Qəbul edilmiş yeni qərarın mahiyyətini “Yeni Azərbaycan” qəzetinin oxucuları üçün şərh edən daşınmaz əmlak məsələləri üzrə mütəxəssis Ramil Qasımzadə bildirib ki, qərar ilk dəfə ipoteka kreditlərindən faydalanacaq vətəndaşlara şamil edilmir: “Mərkəzi Bank tərəfindən verilən qərar yalnız bir neçə mənzilə sahib olan şəxslərə şamil edilir. Yəni ilk dəfə ipoteka kreditindən yararlananlara şamil edilmir. Amma bir neçə evi, daşınmaz əmlakı olan və yenidən ipoteka krediti üçün müraciət edən vətəndaşlar üçün ilkin ödəniş məbləği artırılır”.

R.Qasımzadə hesab edir ki, qərar olduqca düzgün və ədalətlidir. Ekspert qənaətini gəlirləri nisbətən yüksək olan vətəndaşların dövlət tərəfindən verilən güzəştlərdən bir neçə dəfə yararlandığı halda ehtiyacı olanların bu güzəştlərdən yararlana bilməməsi ilə əsaslandırıb: “Hesab edirəm ki, bu, düzgün qərardır. Çünki maddi cəhətdən imkanı olan bəzi vətəndaşlarımız (təbii ki, bu onların hüququdur, edə bilərlər) adına bir neçə mənzil ola-ola, kommersiya şərtləri ilə olsa belə, yenidən ipoteka kreditlərindən faydalanırlar. Yalnız bu kateqoriyadan olan vətəndaşlarımız üçün ilkin ödəniş məbləğinin 30 faiz və daha artıq olması nəzərdə tutulur. Qeyd etdiyimiz kimi, əvvəllər həmin şəxslər ipoteka kreditlərindən yararlandığı üçün digər vətəndaşlarımızın, yəni ilk dəfə ipoteka krediti əldə edən şəxslərin mənzil tapması bir qədər çətinləşirdi. Çünki həm daha az mənzil satışa çıxarılırdı, həm də qiymətlərdə artım müşahidə edilirdi. Lakin Mərkəzi Bank tərəfindən bir neçə daşınmaz əmlaka sahib olan vətəndaşlarımız üçün yüksək məbləğdə ilkin ödəniş tələbinin qoyulması ipoteka kreditlərindən faydalanmayan vətəndaşların da imkanlarını artırmış olacaq”.

“Hesab edirəm ki, düzgün və ədalətli qərardır. Çünki ipoteka kreditləri sosialyönümlüdür. Həmin kreditlərin verilməsinin məqsədi də, əslində, ehtiyacı olan, lakin evi olmayan şəxslərin mənzil şəraitini yaxşılaşdırmağa yardım etmək üçündür. Dövlət büdcəsindən vəsait də bu məqsədlə ayrılır”, - R.Qasımzadə fikirlərinə yekun vurub.

Paylaş:
Baxılıb: 416 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30