“Check-up” müayinə icbari tibbi sığortaya daxil edilə bilərmi?
07.12.2022 [10:48]
Nicat DİLQƏMLİ
Gərgin iş rejimi, həyat qayğıları, ümumilikdə isə vaxtın azlığı kimi müxtəlif səbəblərdən sağlamlıqla bağlı məsələlər bir çox hallarda ikinci planda qalmalı olur. Lakin unutmaq olmaz ki, məhsuldar işləmək, böyük uğurlara imza atmaq üçün sağlam olmaq ən birinci şərtdir. Bunun üçün isə ən azı ildə bir dəfə ümumi tibbi müayinədən keçmək olduqca vacibdir. Xəstəliyin yaranması hər nə qədər tez məlum olarsa, onun müalicəsi də bir o qədər asanlaşmış olur. Digər bir danılmaz fakt isə səhiyyə müəssisələrində qiymətlərin yüksək olmasıdır. Hazırkı qiymətlərlə ailənin hər bir üzvünün ildə bir dəfə müayinədən keçməsi üçün xeyli vəsait tələb olunur. Bu da hər kəs üçün əlçatan deyil. Elə buna görədir ki, vətəndaşların böyük əksəriyyəti sağlamlığında yaranan problemlərdən çox gec xəbər tuturlar. Bir çox hallarda isə xəstəlik ağırlaşdığından müalicəsi mümkünsüz olur.
Məlum olduğu kimi, əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə ölkəmizdə 2016-cı ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə isə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik olan Agentlik əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilib. Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti); İlkin tibbi-sanitariya yardımı; Funksional-diaqnostik müayinələr və digər bir çox xidmətləri təqdim edən icbari tibbi sığorta 1 aprel 2021-ci ildən bütün ölkə ərazisini əhatə edir. Xatırlatmaq yerinə düşər ki, hazırda vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 3500-dən artıq diaqnozu əhatə edən 2550 sayda tibbi xidmət göstərilir.
Artıq bir neçə ildir ki, vətəndaşlarımız tibbi sığortadan istifadə edirlər. İcbari Tibbi Sığorta zərfinə daxil edilən xəstəliklərin sayının artırılması məsələsini hər kəs böyük məmnunluqla qarşılayır. Lakin əfsuslar olsun ki, “Check-up” müayinə xidmətlər zərfində yer almır. Ümumiyyətlə, bəzi mütəxəssislərin fikrincə, “Check-up” müayinələrin elan edilməsində məqsəd əlavə gəlir əldə etməkdir.
“Check-up” müayinə anlayışında bir qədər bazar iqtisadiyyatının elementləri vardır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli səsləndirib. O qeyd edib ki, vətəndaşlar ailə həkimlərinin təyinatı ilə istənilən müayinədən sığorta vasitəsilə keçə bilərlər: “Əsasən özəl tibb müəssisələrində “Check-up” müayinəsinin müxtəlif cür parametrləri var. Məsələn, hansısa müəssisədə “Check-up” deyərkən 8 müayinə ola bilər, başqa bir xəstəxanada isə xidmətlərin sayı 20-ə qədər çatdırıla bilər. Amma biz məsələyə elmi tərəfdən yanaşsaq, məlum olur ki, vətəndaş əvvəlcə müraciət edir ilkin səhiyyə xidmətinə, ailə həkimlərinə və konkret olaraq hansı istiqamətlərdə narahatlıqlarının, şübhələrinin olduğu barədə həkimlə məsləhətləşir. Həkim də ona uyğun şəkildə müayinə planı tərtib edir. Və bu planın içərisində dediyimiz “Check-up” müayinə elementlərinin hər biri yer ala bilər. Burada da təbii ki, həkimin verdiyi istiqamətin çox önəmi var. Bu plan üzrə vətəndaş sığorta xidmətlərindən yararlanaraq müayinə oluna bilər”.
M.Məmmədlinin sözlərinə görə, “Check-up” müayinənin hansısa paket şəklinə salınıb sığorta zərfinə salınması bir o qədər də məntiqli yanaşma deyil: “Səbəbi isə bundan ibarətdir ki, özəl tibb müəssisələrinin “Check-up” müayinə elan etməsində məqsəd əlavə gəlir əldə etməkdir. Bəzən pulsuz “Check-up”-lar olur. Bununla həmin müəssisələr özlərinə müştəri cəlb edirlər. Amma dövlət səhiyyə sistemində belə fəaliyyətə ehtiyac yoxdur. Çünki dövlət vətəndaşın konstitusion hüqunu həyata keçirmək üçün öz üzərinə öhdəlik götürüb. Bu baxımdan da “Check-up” əhəmiyyətini itirir. Digər baxımdan isə hər bir vətəndaşın sığorta zərfindən istifadə hüququ var və bunu tələb edə bilər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

