Sənədsiz evlərin aqibəti necə olacaq?
25.01.2023 [10:57]
Nicat Dilqəmli
Əsasən paytaxt ərazisində yerləşən sənədsiz fərdi yaşayış evlərinin qeydiyyata alınması məsələsi hər zaman aktual mövzular sırasında qalmaqda davam edir. Vətəndaşlar evlərinin söküləcəyindən narahatlıq keçirirlər. Əvvəla qeyd etmək lazımdır ki, söhbət xüsusi mühafizə sahələrində - neft buruqlarının, dəmir və magistral avtomobil yollarının yaxınlığında, su və qaz kəmərləri keçən ərazilərdə, eləcə də yüksək gərginlikli elektrik xətlərinin altında tikilən evlərdən gedir. Hazırda istər Bakıda, istərsə də regionlarda qeyd edilən səbəblərdən hələ də rəsmiləşdirilməyən yüz minlərlə ev var. Bəzi mənbələrdə çıxarışı olmayan evlərin sayının 450-600 min aralığında olduğu qeyd olunur.
Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin departament rəhbəri Lalə Əkbərova ötən gün məsələ ilə bağlı mətbuata açıqlamasında sənədləşdirilmə prosesinin uzanmasına səbəb olan amillərdən söz açıb: “Görülən işlərin ifadəsi olan bəzi faktlara diqqət yetirməzdən əvvəl bildirim ki, sovet dövründə və müstəqilliyin ilk illərində müxtəlif dövlət orqanları tərəfindən tikilən evlərlə əlaqədar vətəndaşlara müvafiq sənədlər verib. Ancaq fərdi yaşayış evlərinin inşası və həyətyanı sahələrin ayrılması üçün nəzərdə tutulan bu sənədlərin heç bir hüquqi əsası olmayıb. Buna görə də o evlərin sənədləşdirilmə prosesi illərlə uzanıb. Lakin ölkə Prezidentinin problemə müdaxiləsi, eyni zamanda, imzaladığı 13 yanvar 2015-ci il tarixli fərmana əsasən, 2015-2021-ci illər ərzində 100 mindən çox ev sənədləşdirilib, keçən il isə 49 min 371 fərdi yaşayış evi, 94 min 510 mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb”.
Departament rəhbəri qeyd edib ki, çıxarış almaq üçün vətəndaşların təqdim etdikləri sənədlərin hər biri qanuni olmalıdır: “Yeri gəlmişkən, bu göstəricilər problemin tamamilə həll edilməsi demək deyil. Çünki paytaxtda və bölgələrdə fərdi şəxslər və tikinti şirkətləri tərəfindən inşa olunan evlərin böyük bir qisminə hələ də rəsmi sənəd -”Çıxarış” verilməyib. Belə olan təqdirdə vətəndaşlar, necə deyərlər, inşa etdikləri və aldıqları evlərdə sənədsiz, qeyri-qanuni şəkildə yaşamağa məcburdurlar.
Bəzən vətəndaşlar tərəfindən ya qanunda nəzərdə tutulmayan, ya da forma və məzmuna uyğun gəlməyən sənədlər təqdim edilir. Ona görə də belə müraciətlərə baxılmır”.
Qurum rəsmisi, eyni zamanda, bildirir ki, bələdiyyələr tərəfindən vətəndaşlara qanunamüvafiq qaydada hazırlanan sənədlər təqdim olunduqda müraciət edən şəxslərin mülkiyyət üzərində hüquqları təmin edilir.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə problemin sənədsiz olan evlərin yerləşdiyi torpaq sahələri ilə bağlı olduğunu diqqətə çatdırıb: “Əmlak Məsələləri Dövlət Xidmətinin qeydiyyata aldığı əsasən torpaq üzərində xüsusi mülkiyyəti tanınan əmlaklardır. Yəni bələdiyyələr tərəfindən vətəndaşa verilən və 2007-ci ilə qədər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış olan və yaxud bələdiyyələr tərəfindən verilmiş, hərrac vasitəsilə satılmış və s.
Bu gün vətəndaşların bir çoxu fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyətləri - hansı ki, tanınmır bu gün də - sənədsiz evlər kimi də o məsələnin həlli gündəmdədir. Hazırda məsələnin məğzi həmin o sənədsiz evlərin yerləşdiyi torpaq sahələri ilə bağlıdır”.
“Bir çox torpaq sahələri ya hər hansısa müəssisənin mülkiyyətindədir, yaxud neft kontraktlarının ərazilərinə düşən torpaq sahələridir, ya da ki, həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır. Məhz bu kimi problemlərlə əlaqədar olaraq Lalə xanımın qeyd etdiyi məsələ həmin evlərin yerləşdiyi torpaq sahələri ilə bağlıdır”, - deyə R.Qasımzadə fikirlərinə əlavə edib.
Görünən budur ki, qeyd edilən məsələ ilə bağlı müəyyən addımlar atılsa da, hələ də yekun bir nəticə əldə edilməyib. Lakin xatırlamalı olduğumuz digər əsas məqam isə bundan ibarətdir ki, sənədsiz evlər səbəbindən hər il dövlət büdcəsindən külli miqdarda vəsait yayındırılır. Nəticə etibarı ilə problemin köklü şəkildə həll edilməsi dövlət büdcəsinə yüz milyonlarla manat vəsaitin daxil olması deməkdir.
P.S. Bir neçə ay öncə qəzetimizdə qanunsuz evlərin sənədləşdirilməsi ilə bağlı ətraflı məlumatı özündə əks etdirən material dərc olunmuşdu. Problemin aktuallığını nəzərə alaraq məsələyə yenidən qayıtmalı olduq.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

