Qaydalar sərtləşdirilir...
10.02.2023 [10:51]
Müvəqqəti və daimi yaşamaq üçün
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi şərtləri sərtləşdirilir. Bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Təcrübədə bu maddədən sui-istifadə halları mövcuddur. Belə ki, bəzən ölkədə hüquqi şəxs təsis edib, orada rəhbər və ya onun müavini vəzifəsini tutan əcnəbilərin heç də hamısının həqiqətdə niyyəti ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq deyil, milli qanunvericiliyin yaratdığı imkandan sui-istifadə edərək ölkədə müvəqqəti yaşama icazəsi almaq, iş icazəsindən yayınmaqla əmək fəaliyyəti ilə məşğul olmaq və ya üçüncü dövlətlərə getmək üçün ölkə ərazisindən istifadə etməkdir. Qeyd olunan dəyişiklik nəticəsində bu sahədə yeni yanaşmanın formalaşdırılması və tənzimlənməsinin təkmilləşdirilməsi gözlənilir.
Belə ki, 45.1.6-1-ci maddənin yeni redaksiyada verilməsi nəticəsində azı 1 il respublikamızın ərazisində müvəqqəti yaşamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir (Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olma tələb olunur).
Dəyişikliklə Məcəlləyə yeni 45.3-cü maddənin əlavə edilməsi təklif olunur. Belə ki, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edəcək.
Məcəlləyə edilən dəyişiklikdə əksini tapan digər bir məsələ əcnəbi vətəndaşların bankda olan depozitlərinin məbləği ilə bağlıdır. Yeni qaydaya görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün 200 min manatlıq daşınmaz əmlaka və ya banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır. Belə ki, bu şəxslərin Azərbaycanda daimi yaşaması üçün müvafiq tələblər 2 dəfə artırılır.
Daimi yaşamaq üçün icazəsi olan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 200 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim etməlidir.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan miqrasiya məsələləri üzrə mütəxəssis Azər Allahverənov bildirib ki, miqrasiya sahəsinin dəyişən bir fenomen olduğu kimi həmin miqrasiya proseslərini tənzimləyən qanunvericilik bazasının da dəyişikliyə cavab verəcək tərzdə olması zərurətindən söz açıb:
“İstənilən dövlətdə həmin dövlətin digərləri ilə miqrasiya mübadilələri olur. Bu sənəd bir çox göstəricilərlə, indikatorlarla özünü büruzə vermiş olur. Əsas indikatorlar ölkə ərazisinə gəlib, müvəqqəti və ya daimi yaşayış icazələri olan, əmək fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı olan indikatorlardır. Zaman-zaman həmin kateqoriyadan olan əcnəbilərlə bağlı ümumi vəziyyət dəyərləndirilir. Yəni hər dövrün tələblərinə uyğun olaraq yeni çağırışlar formalaşır və buna uyğun olaraq da qanunvericilik təkmilləşdirilir. Necə ki, miqrasiya sahəsinin, bu prosesin özü dəyişən bir fenomendir, eynilə də həmin miqrasiya proseslərini tənzimləyən qanunvericilik bazasıdır ki, dəyişikliyə cavab verəcək tərzdə olsun”.
Ekspert bu istiqamətdə görülən işlərin hansı qaydada aparılmasından da söz açıb: “İstər 200 min manatlıq tələb, istərsə də tələblərin sərtləşdirilməsi ilə bağlı irəli sürülən digər bir sıra təkliflər artıq bir neçə ildir ki, müzakirə olunmaqdadır. Burada miqrasiya sahəsində real vəziyyət, əmək bazarı öyrənilir, eyni zamanda, müvəqqəti yaşamaq icazəsi almaq istəyən əcnəbilərin halları nəzərdən keçirilir və konkret olaraq müəyyən sui-istifadə hallarının qarşısını almaq məqsədilə təkliflər irəli sürülür”.
A.Allahverənov deyir ki, əgər miqrasiya proseslərinin səmərəli idarə olunmasında maraqlıyıqsa, təbii ki, sui-istifadə hallarının qarşısını almalıyıq. Mütəxəssis sui-istifadəyə yol verilmə halları barədə də danışıb, real nümunələr üzərindən izah edib: “Bir nümunəni qeyd etmək istərdim. Bildiyimiz kimi, müvəqqəti yaşama üçün icazənin verilməsi üçün müəyyən əsaslar mövcuddur və onlardan biri də əcnəbilərin iştirakı ilə yaradılan və ya onlar tərəfindən idarə olunan hansısa bir MMC-dir, yəni sahibkarlıq fəaliyyəti. Əgər hansısa bir əcnəbi hansısa MMC-nin rəhbərliyində təmsil olunursa, direktor və ya direktor müavini olursa, bu, həmin əcnəbinin müvəqqəti yaşama icazəsi ilə təmin olunması üçün əsas yaradır. Və təyin edilən direktor müavinlərinin sayı ilə bağlı konkret bir rəqəm olmadığı üçün reallıq onu göstərir ki, balaca bir şirkətin bir direktoru varsa, onun bir neçə müavininin olduğu aşkarlanır. Məsələn, elə MMC ola bilər ki, direktor müavinlərinin sayı 10 nəfər olsun”.
“Ümumilikdə, Miqrasiya Məcəlləsində qeyd edilən dəyişikliklərin edilməsini çox müsbət hal kimi qiymətləndirirəm və ümid edirəm ki, hazırda müzakirə olunan bu yeniliklər qanuna əlavə olunacaq. Hesab edirəm ki, qanunun təkmilləşdirilməsi miqrasiya sahəsində mövcud olan sui-istifadə hallarının qarşısını alacaq və nəticə etibarı ilə bu sahəni daha da şəffaflaşdıracaq”, - deyə A.Allahverənov fikirlərinə yekun vurub.
Nicat Dilqəmli
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

