Gənclərlə bağlı qəbul olunan yeni Dövlət Proqramı məqsədyönlü sosial siyasətin göstəricisidir
20.07.2011 [00:49]
Kimsəyə sirr deyil ki, Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması və genişləndirilməsi, onların şəxsiyyət kimi formalaşmasına lazım olan hər bir şəraitin yaradılması dövlət əhəmiyyəti daşıyan bir məsələdir. Bu baxımdan, ölkə rəhbərliyinin gənclərin sosial təminatına yönələn tədbirləri həm də dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Sirr deyil ki, bu gün Azərbaycan gəncliyi dövlətin artan diqqətini öz üzərində hiss edir. İldən-ilə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə imkan verir.
Bu isə o deməkdir ki, dövlətin sosialyönümlü islahatları digər sferalarda olduğu kimi, gənclər siyasəti sahəsində də özünü doğruldur. Məlumdur ki, gənclərlə bağlı həyata keçirilən proqramlar ölkədə reallaşdırılan sosial siyasətin mühüm tərkib hissəsidir. Əhalinin müxtəlif təbəqələrindən olan vətəndaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin mərkəzində məhz gənclər dayanır. Daha dəqiq desək, bu gün ölkə gəncləri dövlətin onlara göstərdiyi hərtərəfli diqqət və qayğıdan yararlanır. Bu diqqət və qayğının, eləcə də, dövlətin gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərən mühüm faktlardan biri də Prezident İlham Əliyevin 6 aprel 2011-ci il tarixli Sərəncamı əsasında hazırlanan və bu günlərdə təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramıdır.
144 bənddən, 88 fəsildən ibarət olan Proqram gənclərin azərbaycançılıq, vətənpərvərlik ideyaları, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına, cəmiyyət həyatında aktiv şəxsiyyət kimi yetişməsinə xidmət edən gənclər siyasətinin daha da təkmilləşdirilməsi, habelə gənclərin məşğulluğunun təmini və sosial-maddi vəziyyətinin yüksəldilməsi məqsədini daşıyır. Dövlət Proqramında gənclərin təhsil, iş şəraitinin yaxşılaşdırılması, peşəkar gənc kadrların hazırlanması, gənc sahibkarların dəstəklənməsi, ailə institutunun möhkəmləndirilməsi, gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması və digər bir çox vəzifələrin həyata keçirilməsi qarşıya məqsəd kimi qoyulub. Proqramın əhəmiyyətini artıran önəmli məqamlardan biri ondan ibarətdir ki, layihə hazırlanarkən ölkənin müxtəlif bölgələrindən olan gənclərin rəy və təklifləri nəzərə alınıb.
Bundan əlavə, gənclər siyasəti üzrə proqramların həyata keçirilməsinin təmin olunması məqsədilə Gənclər Fondu da yaradılacaq. Fond, eyni zamanda, peşəkar kadrların formalaşmasına, elm sahəsində çalışan gənclərin fəaliyyətinin dəstəklənməsinə, istedadlı gənclərin milli və beynəlxalq əhəmiyyət daşıyan layihələrdə iştirakının təmin olunmasına da xidmət edəcək. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev sözügedən məsələyə də toxunaraq yeni qəbul olunan Proqramın Azərbaycan gəncliyi üçün uğurlu olacağına inamını ifadə edib: “Əminəm ki, proqramda nəzərdə tutulmuş bütün məsələlər 2015-ci ilə qədər həllini tapacaq və beləliklə, gənclərin həm məşğulluğu, həm təhsillə bağlı olan problemlər, asudə vaxtlarının təşkili, gənclər üçün xüsusi fondun formalaşması və o fondun xətti ilə müxtəlif proqramların keçirilməsi təmin olunacaqdır”.
Bu bir daha onu göstərir ki, dövlətin gənclərə dəstəyi bütün sahələri əhatə edir. Azərbaycan gəncliyinin elm, idman, mədəniyyət və digər sahələrdə irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramının tam həyata keçiriləcəyi təqdirdə isə ölkə gənclərinin məşğulluq, sosial-maddi təminatla bağlı ehtiyaclarının əsas etibarilə təmin olacağını əminliklə söyləmək mümkündür. Onu da qeyd edək ki, bu, Azərbaycanda gənclər siyasəti ilə bağlı ilk dövlət proqramı deyil. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın icrası nəticəsində gənclər siyasətinin səmərəliliyi xeyli artırılıb. Göründüyü kimi, əvvəlki illərin təcrübəsi də Azərbaycanda gənclər siyasətinin kifayət qədər uğurla aparıldığını deməyə əsas verir. Hazırda qəbul edilən və daha da təkmilləşdirilmiş yeni Proqramın həyata keçirilməsi isə Azərbaycan gəncliyinin hərtərəfli inkişafında yeni mərhələ rolunu oynayacaq.
Digər tərəfdən, bu gün Azərbaycanda gənc nəslə dövlət qayğısının artırılmasını, gənclərin mənəvi inkişafına, bilik səviyyəsinin yüksəlməsinə, sosial vəziyyətinin yaxşılaşmasına yaradılan şəraiti ölkəmizin ümumi inkişaf göstəriciləri kontekstində dəyərləndirmək lazımdır. çünki gənclərlə bağlı layihələrin, dövlət proqramlarının həyata keçirilməsinə şərait yaradan başlıca amil ölkəmizin iqtisadi cəhətdən dinamik inkişafı, maliyyə imkanlarının genişlənməsidir. Milli maraqlara söykənən dövlət siyasəti isə əldə olunan gəlirlərin xalqın mənafeyinin təmin olunmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilməsinə xidmət edir. Beləliklə də, Azərbaycan dövlətinin gerçəkləşdirdiyi düşünülmüş, ardıcıl sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclər də hərtərəfli şəkildə yararlanır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

