İnsan öldürən zəlzələ deyil...
06.09.2023 [11:55]
Fəsadların qarşısını almaq üçün tikintinin keyfiyyəti yaxşılaşdırılmalıdır
Son günlər ardıcıl olaraq ölkəmizin bir sıra bölgələrində zəlzələlər müşahidə olunur. Bu zəlzələlərin dağıdıcı gücü olmasa da, insanlar irəliləyən zamanda daha şiddətli təkanların ola biləcəyindən təşvişə düşürlər. Sosial şəbəkələrdə yayılan dezinformasiyalar da cəmiyyətdə xof yaradır. Ötən günlərdə Kürdəmirdə qeydə alınan 5.2 ballıq yeraltı təkanlarla bağlı da bir qədər qarışıqlıq yaranmışdı. Buna səbəb isə təkanların ilk olaraq Ağdam rayonunda baş vermiş kimi göstərilməsi olub.
Sentyabrın 4-də ardıcıl olaraq, Ağdam, Saatlı, Kürdəmir rayonlarında 5-5.2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Qeydə alınan zəlzələlər digərlərinə nisbətdə daha yüksək ballı hesab olunur. Qeyd edək ki, sentyabrın 3-ü də Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı və Qəbələ rayonlarında zəlzələ baş verib. Sevindirici haldır ki, zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Ölkə ərazisində yenidən zəlzələlərin olacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Bu xəbərlərdə yüksək maqnitudalı zəlzələnin olacağı istisna edilmir.
2000-ci ilin noyabrında Bakıda baş verən və gücü 6,0 bala yaxın olan zəlzələ əhalini xeyli sarsıtmışdı. Baxmayaraq ki, zəlzələ zamanı insan tələfatı və dağıntı olmamışdı, ancaq tikintilərdə baş verən çatlar, binaların zirzəmiləri və özüllərini qrunt sularının basması nəticəsində onların seysmik davamlılığı xeyli azalmışdı.
Bəs zəlzələnin fəsadlarını minumuma endirmək üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı “Yeni Azərbaycan”la fikirlərini bölüşən seysmoloq Ənvər Əliyev zəlzələlərin fəsadlarının onun balından asılı olduğunu bildirib. “Zəlzələ 5 baldan aşağı olarsa, bunu yalnız seysmik cihazlarla qeydə alırlar. Bu təbiət hadisəsi evdəki işıqlandırma cihazlarının qırılmasından tutmuş, yer qabığında çatların yaranması, hətta səthin aralanması kimi fəlakətlərə yol aça bilər. Ancaq zəlzələ insan öldürmür. Öldürən amillər insanların keyfiyyətsiz şəkildə tikdikləri obyektlər, binalar, körpülər yaşayış evləri, bir sözlə tikinti sektorunun həyata keçirdiyi layihələrdir. Məsələn, Türkiyədə baş vermiş zəlzələnin bu cür fəlakətlə nəticələnməsinin əsas səbəbi elə tikinti sektorunda olan məsuliyyətsizlik idi.
Bəli, danılmaz haldır ki, tikinti sektorunu inkişaf etdiyi təqdirdə, zəlzələnin fəsadları minumuma enəcək. Bu səbəbdə bu sahədə inqilabi bir dəyişiklik etmək lazımdır. Söhbət təkcə paytaxtda yerləşən çoxmərtəbəli binalardan getmir. Ümumiyyətlə, seysmoloji xəritədən istifadə edərək tikili inşa etmək daha təhlükəsiz olar. Kərpicdən tutmuş, bütün inşaat materiallarının hamısı zəlzələnin gücünü nəzərə alaraq istifadə edilməlidir.
Yaxşı olar ki, yüksək Yaponiya təcrübəsindən istifadə olunsun. Çünki, orada hətta 8-9 ballıq zəlzələyə dayanacaq yüksək keyfiyyətli infrastrukturlar həyata keçirilib.”
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

