Regionun mədəniyyət mərkəzi
10.10.2023 [14:36]
Altı ölkənin nazirləri Şuşada görüşəcək
Şuşa Azərbaycanın, Qarabağın ən gözəl, ən füsunkar yaşayış məskənlərindən biri və baş tacıdır. Əlbəttə, bu mənada, bir çox mötəbər tədbirlərin Şuşada keçirilməsi bu yerin gələcək inkişafı üçün çox vacib və Şuşanı dünyaya tanıtmaq baxımından əhəmiyyətlidir.
Yeri gəlmişkən, oktyabrın 13-14-də Şuşada TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçiriləcək. Toplantıda 6 qurucu ölkənin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistanın mədəniyyət nazirləri iştirak edəcəklər. Ənənəvi olaraq iclasda TÜRKSOY-un fəaliyyəti müzakirə ediləcək, 2024-cü il üçün planlar açıqlanacaq, qərarlar qəbul olunacaq.
Qeyd edək ki, Azərbaycan TÜRKSOY-dakı fəaliyyətinə görə üzv dövlətlər arasında ən aktivlərdəndir. Ölkəmiz təşkilata hər zaman böyük dəstək verib və verməkdə də davam edir.
Türk dünyasını birləşdirmək üçün Milli Məclisin üzvü Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Şuşada altı dövlətin, Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın və Özbəkistanın iştirakı ilə TÜRKSOY-un mədəniyyət nazirləri daimi Şurasının 40-cı iclasının keçirilməsi türk dövlətləri təşkilatlarının həyatında yeni və unudulmaz bir tarix olacaq: “Çünki bu gün proseslər, baş verən hadisələr türkdilli dövlətlərin birliyinə və onların qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə önəm verir. Bu dövlətlərin birləşməsi, bir məqsəd uğrunda mübarizə aparması, sözsüz ki, onların milli təhlükəsizliyinin təmin edilməsi həm də gələcək inkişafları üçün çox vacibdir. Ona görə də Türkiyə və Azərbaycan başda olmaqla son illər türk dövlətləri təşkilatı yeni bir inkişaf mərhələsinə qədəm qoyub və əlaqələr gündən-günə genişlənir.
TÜRKSOY-un mədəniyyət nazirləri daimi Şurasının iclası da məhz bu məqsədə xidmət edir. Əlbəttə ki, bu tədbirin Şuşada keçirilməsinin rəmzi mənası var. Çünki bütün türk dövlətləri Şuşanı bir mədəniyyət mərkəzi kimi tanıyır və Şuşanın gələcək inkişafına diqqətlə yanaşırlar. Əlbəttə, son illərdə Şuşa işğaldan azad olunandan sonra orada bir çox beynəlxalq tədbirlərin keçirilməsi türk dünyasını birləşdirmək məqsədi daşıyır. Bu konfransların, müsabiqələrin, festivalların keçirilməsində məqsəd bilavasitə Şuşanın tarixinin, Azərbaycanın əzəli torpağı olmasının bütün dünyaya bəyan edilməsi və tanıdılmasıdır”.
Deputat qeyd edib ki, bu tədbir Şuşanın təbliğində, onun mədəniyyət mərkəzi olmasını nümayiş etdirməkdə yeni bir yeni bir əsas olacaq və belə tədbirlərin keçirilməsi hər bir azərbaycanlının ürəyindəndir: “Çünki Şuşamız uzun illər düşmən əsarəti altında qaldı, dağıdıldı, tarixi abidələr yer üzündən silindi və Şuşa olmazın bəlalara düçar edildi. Bu gün Şuşamız azaddır. Bu gün Şuşamız özünün xoşbəxt gələcəyinə yollar açır. Şuşaya magistral yolun çəkilməsi, Şuşada yeni yaşayış binalarının, inzibati binaların tikilməsi, Şuşanın gözəlləşdirilməsi, onun mədəni simasının gündən günə yaxşılaşdırılması, burada beynəlxalq tədbirlərin keçirilməsi, sözsüz ki, doğma şəhərimizin gələcəyi üçün vacibdir. Hesab edirəm ki, belə tədbirlər həm türk dövlətlərinin birliyinə, möhkəmlənməsinə, həm də onların Azərbaycanla olan əlaqələrinin inkışafına bir zəmin olacaq”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

