Yuxusuzluğun fəsadları...
14.11.2023 [15:12]
Ölümlə nəticələnə bilər
Yeganə BAYRAMOVA
Hazırda insanların üzləşdiyi ən böyük problemlərdən biri yuxusuzluqdur. Müasir dövrdə insanların həyat tərzi, iş rejimi və ictimai problemləri onların yuxu rejimlərinə mənfi təsir edir. İlk baxışdan adi hal kimi görünən bu problem əslində insan həyatını risk altında qoyan ən böyük xəstəliklərdən biridir.
Araşdırmalara görə, dünyada ən çox yayılan və qarşısı alına bilməyən xəstəlik məhz yuxusuzluqdur. Belə ki, dünyada hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Araşdırmalar nəticəsində sübut edilib ki, mütəmadi şəkildə 7-8 saatdan az yatmaq bir müddət sonra orqanizmdə ciddi xəstəliklərin yaranmasına səbəb olur.
Şəkərli diabet ola bilərsiniz...
Yuxusuzluğun insan orqanizminə mənfi təsirləri barədə “yeniazerbaycan.com”-a danışan həkim Şəmsiyyə Namazlı bildirib ki, yuxusuzluq qandakı şəkərin miqdarını sürətlə artırır və şəkərli diabet xəstəliyini yaradır: “Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir. Yuxu insulini normada saxladığı üçün insan yuxusuz olduqda normadan artıq insulin ifraz olunur. Bununla yanaşı yuxusuzluq cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır. Yuxusuzluğun yaratdığı digər bir fəsad isə xərçəng xəstəliyidir. Yuxu pozulmasına qarşı tədbir görülməzsə, bu, sonda ölümlə nəticələnə bilər”.
Orqanizmi zəhərləyir...
Həkim qeyd edib ki, yuxusuz qalmaq, orqanizmin immunitet sisteminə ziyan verərək bir çox xəstəliyin meydana gəlməsi üçün zəmin yaradır. Ürək damar xəstəliklərindən psixoloji problemlərə qədər bir çox xəstəlik yuxusuzluqla birlikdə şiddətlənir: “Yuxusuzluq eyni zamanda yorğunluq, halsızlıq, istəksizlik, əsəbiliyə səbəb ola bilir. Yuxusuzluğun yaratdığı ən böyük problem onun bədəni zəhərləməsidir. Belə ki, yuxusuzluqdan əziyyət çəkən şəxslərin bədənlərində olan toksinlərin normal yatanlarla müqayisədə daha yüksək olduğu təsbit edilib. Toksinlər yuxu ilə təmizlənə bildiyi üçün lazım olan qədər yuxunu almadıqda bu maddələr orqanizmin zəhərlənməsinə səbəb olur”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

