QMİ sədri din xadimlərini Qafqazda sülh üçün səy göstərməyə çağırıb
16.02.2024 [15:46]
Fevralın 16-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyası rəhbərinin vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktı qəbul edib.
Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Şeyxülislam Allahşükür Paşazadə QMİ ilə Rus Pravoslav Kilsəsi arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, Moskva və Bütün Rusiyasının Patriarxı Kirillin bu sahədə xidmətlərini xüsusi qeyd edib. Şeyxülislam Allahşükür Paşazadə 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsi zamanı Patriarxın vasitəçilik missiyasını yüksək dəyərləndirərək vurğulayıb ki, məhz atılan addımlar nəticəsində problemin dini müstəviyə keçməsinin qarşısı alınıb.
Şeyxülislam Allahşükür Paşazadə Patriarx vəzifəsinə seçilməsinin 15 illiyi ilə bağlı təbriklərini Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə çatdırmağı qonaqdan xahiş edib.
QMİ sədri bildirib ki, ölkəmiz ilk gündən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə çalışıb, qarşı tərəfi də buna səsləyib. Azərbaycan dövlətinin və xalqının birliyi sayəsində əzəli torpaqların azad olunduğunu, ölkəmizin suverenliyinin tam bərpa edildiyini diqqətə çatdıran Şeyxülislam bildirib ki, Qafqazda sülhün və sabitliyin davamlı olması üçün din xadimləri də səy göstərməlidir.
Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyası rəhbərinin vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Moskva və Bütün Rusiyasının Patriarxı Kirillin salamlarını QMİ sədrinə yetirməkdən məmnunluq duyduğunu deyib. Qonaq Azərbaycan xalqını mühüm hadisə - fevralın 7-də keçirilmiş prezident seçkiləri münasibətilə təbrik edib, and içərək öz vəzifəsinin icrasına başlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə uğurlar arzulayıb. Feofilakt əmin olduğunu bildirib ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, burada yaşayan bütün xalqların rifahı üçün bundan sonra da yorulmadan çalışacaq.
Qəbulda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

