Azərbaycanın kurort zonaları beynəlxalq miqyasda tanıdılacaq
02.11.2013 [10:19]
Bu barədə Bakıda keçirilən konfransda məlumat verilib
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi (AHTTSA) və Türkiyə Sağlamlıq Turizmini Gelişdirme Konseyinin birgə təşkilatçılığı ilə konfrans keçirilib. Tədbirin keçirilməsində məqsəd iki ölkə arasında sağlamlıq turizminin imkanlarının daha da geniş auditoriyada tanıdılması, eləcə də, geniş fəaliyyət istiqamətinə start verilməsidir.
Tədbiri giriş sözü ilə yeni yaradılmış Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev açıb. Çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Daxili Turizmin İnkişafı şöbəsinin müdiri Mahir Qəhrəmanov Azərbaycanın kurort potensialının böyük olduğunu, daxili turizmin inkişafı, müalicəvi turizm obyektlərinin dirçəldilməsi istiqamətində Dövlət Proqramına əsasən bir sıra tədbirlərin həyata keçirildiyini söyləyib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan təbii ehtiyatlarına, münbit şəraitinə və füsunkar təbiətinə görə turizm potensialı böyük olan ölkədir. O, ölkəmizdə müalicəvi kurort zonalarının olduğunu, həmin turizm obyektlərinin xarici ölkələrdə də tanınmasının zəruri olduğunu dilə gətirib. M.Qəhrəmanov bu işdə Azərbaycana dəstək olan qardaş ölkədən gələn nümayəndələrə öz minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycanda vaxtıilə məşhur olmuş müalicəvi sanatoriyalar var ki, həmin kurortların potensialından daha səmərəli istifadə üçün nazirlik tərəfindən tədbirlər davam etdirilir: “Təbii ki, həmin müalicəvi məkanların imkanlarından həm öz vətəndaşlarımız yararlanmalı, həm də, həmin turizm obyektləri xarici ölkələrdən turist cəlb etməlidirlər”.
Daha sonra çıxış edən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbirin keçirilməsinə dəstək verdiklərini qeyd edərək, konfransın işinə uğurlar arzulayıb.
Konfransda iştirak edən Afyon Kocatepe Universitetinin rektoru Mustafa Solak, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşaviri Seyid Ahmed Arslan da Azərbaycanın kurort imkanlarının beynəlxalq miqyasda tanıdılması istiqamətində qarşılıqlı işbirliyinin zəruriliyini vurğulayıblar.
M.Solak öz çıxışında, həmçinin, Türkiyədəki müalicəvi turizm obyektlərinin müştərilərə göstərdiyi xidmətdən söz açaraq bildirib ki, həmin şəfalı məkanlarda turistlərin qalması üçün yüksək səviyyədə hotellər xidmət göstərir.
Konfransda Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev yeni təsis etdikləri QHT-nin fəaliyyət planını da açıqlayıb. O, bildirib ki, Azərbaycanın kurort imkanlarının tanıdılması məqsədilə həmin kurortların vahid məlumat bazası da yaradılacaq. Azərbaycanın müalicəvi kurort potensialından söz açan QHT sədri həmin turizm obyektlərinin xarici turist cəlb etmək imkanlarının genişləndirilməsi istiqamətində Türkiyə Sağlamlıq Turizmini Gelişdirme Konseyinin təcrübəsindən bəhrələnəcəklərini və bu işdə onlara göstərilən dəstəyə görə Konsey rəhbərliyinə öz minnətdarlığını bildirib: “Müalicəvi kurortlar turizmin elə sahəsidir ki, burada mövsümlə bağlı müştəri azlığı olmur. Yəni ilin bütün günlərində insanlar şəfa tapmaq üçün müalicəvi turizm obyektlərinə üz tuturlar. Ona görə də, turizmin bu sahəsi daha rentabelli sayılır. Biz də çalışmalıyıq ki, Azərbaycanın müalicəvi kurortları yalnız ölkəmizin vətəndaşlarını deyil, xarici turistləri də cəlb etsin. Bunun üçün yeni təsis etdiyimiz Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi olaraq fəaliyyət planımıza əsasən bir sıra tədbirlərin həyata keçirilməsini qarşımıza məqsəd qoymuşuq”.
Çıxışlardan sonra, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi ilə Türkiyə Sağlamlıq Turizmini Gelişdirme Konseyi ilə əməkdaşlıq memorandumu imzalanıb.
OKTAY
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

