“The Hill” qəzeti: Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir
24.01.2015 [09:03]
Amerikada çıxan “The Hill” qəzetində beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun “Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir” sərlövhəli məqaləsi dərc edilib (http://thehill.com/blogs/congress-blog/foreign-policy/230293-azerbaijan-tolerance-and-multiculturalism).
Müəllif yazır ki, Azərbaycanda dini tolerantlıq barədə çox danışırlar. ABŞ-ın dünya ölkələrində dini etiqad azadlığı üzrə komissiyası isə, məlum olmayan səbəblərə görə, Azərbaycanda və Qazaxıstanda dini etiqadla bağlı vəziyyətdən narahatdır.
Arye Qut vurğulayır: “Qəribədir, bu komissiyanın analitikləri israr edirlər ki, dövlətlər radikal dini ekstremistlər və radikal ideologiyalar üçün maneələr yaratmamalıdırlar”.
ABŞ-ın dini etiqad azadlığı üzrə komissiyasının məntiqinə görə, Avropa liderlərinin yaxın vaxtlardakı çıxışları, o cümlədən Britaniyanın Baş naziri Devid Kemeronun Ağ evdəki çıxışı, yaxud Fransa və Belçika polislərinin hərəkətləri həmin komissiya tərəfindən pislənilməlidir. Bu da öz növbəsində, həm Amerikanın müxtəlif orqanları arasında koordinasiya olmamasını, həm də beynəlxalq münasibətlərin ən mühüm məsələlərinə dair strateji mövqeyin olmamasını nümayiş etdirir.
Müəllif yazır ki, həmin komissiyanın mövqeyinə rəğmən, dünyada ən tolerant cəmiyyətlərdən olan Azərbaycan və Qazaxıstan ən tolerant ölkələrin siyahısında ilk yerlərdədirlər. 2014-cü ildə Azərbaycan rəhbərliyi ölkənin etnik və dini tolerantlığa təminat verən dövlət kimi rolunu möhkəmləndirən iki təsisat yaradıb. Bu təsisatlardan birincisi millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsidir. Həmin vəzifəni görkəmli Azərbaycan alimi, akademik Kamal Abdullayev tutur. İkinci qərar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması oldu. Həmin mərkəzin fəaliyyətinin əsas istiqaməti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin inkişaf etdirilməsidir.
Arye Qut daha sonra Azərbaycan əhalisinin dini tərkibi barədə məlumat verərək qeyd edir ki, respublika əhalisinin əksəriyyətini şiələr təşkil etməsinə baxmayaraq, Azərbaycan həm də müxtəlif dinlərin, müxtəlif etnik qrupların nümayəndələri üçün vətəndir. Milli azlıqlara hörmət və tolerantlıq ən qədim zamanlardan, böyük İpək Yolu dövründən günümüzə qədər bu ölkənin inkişafının əsasını təşkil edib. Respublika dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan hökumətində yüksək vəzifələr tutan milli azlıqların nümayəndələrinin və qadınların sayı xeyli artıb.
A.Qut yazır ki, Sovet İttifaqı dağılan dövrdə baş verən hadisələr Azərbaycanda dini və milli tolerantlıq ənənələri üçün ən ciddi sınaq oldu. Həmin dövrdə Azərbaycan ərazisinin 20 faizini işğal edən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək Azərbaycanda bir milyon məcburi köçkün problemi yaratdılar. Dinc əhalinin qətlə yetirilməsinə və doğma yurdlarından qovulmasına baxmayaraq, dinc yanaşı yaşamaq prinsipi Azərbaycan cəmiyyətinin səciyyəvi cəhəti olaraq qalıb. Hətta Dağlıq Qarabağda müharibə başlayandan 20 il sonra da Azərbaycan cəmiyyəti dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam edir.
Azərbaycanda doğulmuş və hazırda İsrail vətəndaşı olan müəllif bu məqalədə daha sonra Azərbaycanda müsəlmanların və yəhudilərin nümunəvi birgəyaşayışından söhbət açır. O qeyd edir ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasını dəstəkləyir. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. A.Qut yazır ki, regionda ilk yəhudi muzeyinin inşası da planlaşdırılır.
Azərbaycanın Quba rayonunda yerləşən və İsrail hüdudlarından kənarda yeganə yəhudi məskəni hesab edilən Qırmızı Qəsəbə Azərbaycanın fəxridir. Qubada müsəlmanlarla yəhudiləri bağlayan bir amil də 1918-1919-cu illərin faciəli hadisələridir. O vaxt erməni millətçi “Daşnaksütyun” partiyasının üzvləri minlərlə dinc yəhudiyə və azərbaycanlıya divan tutmuşdu.
İsrail dövləti Azərbaycanda yəhudilərə belə münasibətdə respublika rəhbərliyinin rolunu yüksək qiymətləndirir. İki ölkə arasında dərin hörmət və əməkdaşlıq ənənələri, nümunəvi münasibətlər olmasaydı, yəhudilərə bu cür münasibət də olmazdı. İndi bu əməkdaşlıq genişlənərək ticari münasibətləri də əhatə edir. Neft alqı-satqısından başlamış yüksək texnologiyalar və innovasiyalara qədər geniş əhatəli ticarət dövriyyəsinin həcmi təqribən 3,5 milyard dollara bərabərdir.
Arye Qut sonda yazır ki, Azərbaycanda yəhudilərin azadlığına və tolerantlığına göstərilən qayğı sayəsində Prezident İlham Əliyev İsrail cəmiyyətində haqlı olaraq dərin hörmət qazanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13

