Çinə sanksiyalar tətbiq edilərsə...
03.08.2022 [10:39]
Dünya iqtisadiyyatına böyük ziyan dəyəcək
N.PAŞA
Artıq bir neçə gündür dünya mediasının diqqəti Tayvan məsələsinin üzərində cəmlənib. Məhz bu səbəbdən Çin ilə ABŞ və Avropa arasında mövcud olan siyasi münasibətlərdə gərginlik müşahidə edilməkdədir. Hadisələrin gedişatına nəzər yetirdikdə aydın olur ki, həm ABŞ, həm də Aİ Çinin Tayvan məsələsinə müdaxiləsində narahatdır. Heç bir tərəf - mövcud vəziyyətdə Çin və ABŞ-Aİ cütlüyü - geri çəkilmək niyyəti ortaya qoymaqda maraqlı görünmür. Tam əksinə, Tayvan problemindən dolayı qarşılıqlı ittihamlar, hədələr hər gün bir az daha da sərt xarakter daşımağa başlayır.
Xatırlatmaq yerinə düşər ki, Çinin Tayvana hərbi müdaxiləsi olacağı halda cavab tədbirlərinin görüləcəyini deyən ABŞ-a Çin liderinin cavabı gecikmədi. Çin lideri Si Cinpin və ABŞ Prezidenti Co Bayden arasında gerçəkləşən telefon danışığı zamanı “Odla oynayanlar özlərini yandıracaq. Ümid edirik, ABŞ bunu aydın başa düşür” deyən Çin liderinin sərt xəbərdarlığından sonra tərəflər arasında gərginlik daha da artıb. Belə ki, cəmi bir neçə gün sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Asiyaya səfəri zamanı təyyarəsinin texniki nasazlıq və ya yanacaq doldurma ehtiyacı bəhanəsi ilə Tayvana eniş edə biləcəyi xəbəri yayıldı.
Avropa İttifaqı (Aİ) isə Çini sərt sanksiyalarla hədələyib. Avropalı diplomatlar Tayvanda eskalasiya olacağı təqdirdə Ukraynanın ABŞ-ın diqqətindən kənarda qalacağını diqqətə çatdırıblar.
Bu barədə geniş ictimaiyyətə Aİ-nin Çindəki yeni səfiri Corc Toledo məlumat verib. O bildirib ki, hərbi müdaxilə olarsa, daha ciddi tədbirlər görüləcək: “Biz açıq şəkildə bildirdik ki, hərbi müdaxilə halında Aİ ABŞ və müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı indi qəbul etdiyimiz sanksiyalarla eyni və ya (onlardan) daha ciddi tədbirlər görəcək”.
Bəs sanksiyaların tətbiq edilməsi reallığa nə dərəcədə uyğun gəlir? Əsasən hansı sahələr qadağalarla üzləşə bilər?
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan politoloq İlqar Vəlizadə sanksiyaların tətbiq ediləcəyi halda hansı nəticələrin olacağını analiz etmək üçün real vəziyyət barədə məlumat verib: “Sanksiyaların tətbiq edilməsi ilə bağlı qərar verilə bilər. Ümumiyyətlə, Avropa bu məsələdə, hətta Rusiya məsələsində də yekdil deyil. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Avropanı enerji böhranı ilə üz-üzə qoyub və onun nəticəsi kimi avronun kursu da xeyli düşüb. Avropa iqtisadiyyatı demək olar ki, resessiya ilə üzləşib. Bundan başqa, Avropa İttifaqı gələcəklə bağlı bir çox layihələrini dayandırıb. Müharibədən öncə Avropa-Rusiya ticarət mübadiləsi təxminən 230 milyard avro ilə ölçülürdü. Çin ilə Avropa arasında ticarət dövriyyəsi isə təxminən 700 milyard avro dəyərindədir. Çin ilə ABŞ arasında isə bu rəqəm təxminən 700 milyard dollara bərabərdir”.
Siyasi şərhçi qeyd edib ki, Aİ və ABŞ-ın Çinə sanksiyalar tətbiq etməsi Aİ və ABŞ üçün ən azından ölümə bənzər addımdır: “Bu reallıqdır. Avropa siyasətçiləri qərar verirlər, bunun əziyyətini isə sadə insanlar, yoxsul təbəqə çəkir. Burada yalnız Çinə qarşı deyil, onunla əməkdaşlıq edən bəzi ölkələrə qarşı da sanksiyalar tətbiq olunacaq. Bu isə dəhşətli bir rəqəmdir. Əgər belə bir şey olsa, dünya iqtisadiyyatı üçün çox zərərli olacaq. ABŞ, Çin və Avropa nəhəng iqtisadiyyatlardır, bir-biri ilə sıx bağlıdırlar. Təkcə ötən il ərzində 1 milyard ton yük Rusiya vasitəsilə Çindən Avropaya daşınıb. Həmin dövriyyənin birdən-birə kəsilməsi nə deməkdir? Çünki burada söhbət yalnız hansısa ikincidərəcəli məhsullardan getmir. Söhbət istehsalatda tətbiq olunan mürəkkəb texnikalardan, nadir metallardan gedir”.
İ.Vəlizadə Aİ rəsmilərinin açıqlamalarını real hesab etmir: “Mən real hesab etmirəm. İndiki şəraitdə bu, mümkün ola bilən bir şey deyil. ABŞ və Çin arasındakı ticarət dövriyyəsində kəsir mənfi saldodadır, iki yüz milyard dollardır. Yəni 200 milyard dollarlıq malı ABŞ Çindən alır. Bu, az məbləğ deyil və həmin mallar elə-belə mallar deyil. İqtisadi proseslərin komponentidir həmin mallar. Yəni istehsalatda işlənən mallardır. Onları əvəz etmək mümkündürmü? ABŞ 200 milyard dollarlıq məhsulu Çindən almayacaqsa, bəs, haradan alacaq? Populist, az məlumatlı insanlara hesablanmış açıqlamalardır”.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19

