Azərbaycan Cənubi Qafqazda sülh istəyir
03.05.2024 [12:38]
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin diqqət çəkdiyi əsas məqamlardan biri COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı fikirləri oldu. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçilib. Ölkəmiz indi öz rolunu körpülərin salınmasında görür. Hazırda həmrəylik və qarşılıqlı etimadın olması mütləqdir. Planetə daha çox zərbə vurmağa görə qarşılıqlı günahlandırma, yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisələrə son qoyulmalıdır. Əgər bu davranış davam etdirilərsə, onda bunun sonu faciə olacaq. Bu mövzuda danışarkən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bərpaolunan enerji mənbələrindən istifadədə maraqlıdır. Belə ki, ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün imkan yaranacaqdır. Bütün bunlar üçün çox yaxşı sərmayə şəraiti də yaradılıb.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində ölkə başçısı Azərbaycan həqiqətlərinə də bir daha diqqət çəkdi. Ölkə başçısı xatırlatdı ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin edib. Azərbaycanın torpaqları 30 il ərzində işğal altında olub. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, xalqımız etnik təmizləməyə məruz qalıb. 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, Azərbaycanın bütün mədəni, tarixi məkanları, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsi işləmədi. Çünki implementasiya mexanizmi yox idi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, Azərbaycan sülhə müharibə yolu ilə nail olmalı idi və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsi azad edildi. Ötən ilin sentyabr ayında isə Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa etdi. Ölkə başçısı vurğuladı ki, məhz Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürüb. Baza prinsiplərini, hətta sülh sazişinin layihəsini də Azərbaycan hazırlayıb. Hazırda iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar Azərbaycanın təkliflər layihəsi üzərində aparılır. İndi müsbət tendensiyaya və sülhə doğru gedilir, sərhədlərin delimitasiyası və demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bu məsələdə vasitəçi lazım deyil. Ölkə başçısı bildirdi ki, bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Azərbaycan dövləti Cənubi Qafqazda buna icazə verməyəcək. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, Azərbaycan Cənubi Qafqazda sülh istəyir və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42

