Azərbaycan - Belarus münasibətləri uğurla inkişaf edir
21.05.2024 [16:04]
May ayının 16 - da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə dövlət səfəri etmiş Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev çıxış edərək, həmkarı Aleksandr Lukaşenko ilə aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlərin iki ölkənin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirdiyini bildirib.
Dövlətimizin başçısı Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə son illərdə iki ölkə arasındakı münasibətlərin dinamik inkafını təhlil etdiklərini və bu münasibətlərin inkişafından məmnun olduqlarını, həmçinin gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdiklərini vurğulayıb.
Prezident İlham Əliyev çıxışında yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqlar müfəssəl şəkildə təhlil olunacağını və onların icra müddəti üzrə konkret addımların atılacağını , həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslər və strukturlarun müəyyən ediləcəyini diqqətə çatdırıb.
Bu gün müzakirə etdiyimiz məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıdığını söyləyən ölkə başçısı hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlərin geniş şəkildə müzakirə olunduğunu bildirib.
Prezident İlham Əliyev çıxışında iki ölkə arasında gələcəkdə görüləcək işlərə də toxunub. Ölkə başçısı gələcəkdə, həm də çox uzaq olmayan gələcəkdə Azərbaycan və Belarus arasındakı münasibətlərin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərinin görüləcəyini vurğulayıb. Dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etdiyini bildirib və diqqətə çatdırıb ki, hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.
Prezident işğal illərində hər şeyin dağıdıldığını, İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəldiyini, ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət etdiyini bildirib. Ölkə başçısı onu da əlavə edib ki, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır.
Prezident İlham Əliyev həmçinin regionda MDB məkanında təhlükəsizliklə bağlı məsələləri müzakirə etdiklərini, həmkarına Cənubi Qafqaz regionunda postmünaqişə şəraiti haqqında məlumat verdiyini, dünya siyasətinin aktual məsələləri üzrə də fikir mübadiləsi apardıqlarını bildirib.
“Biz Aleksandr Lukaşenko ilə artıq son 20 ildə fəal işləyirik” deyən ölkə başçısı bu illər ərzində müxtəlif şəraitlərdə həmişə dəyərlərimizə - xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyimizi qoruyub saxladığımızı vurğulayıb.
Beləliklə, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri dostluq və hörmət əlaməti olmaqla yanaşı, iki ölkə arasındakı münasibətlərin inkişafında yeni səhifə açmış oldu .
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

