Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır”

“Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır”

27.05.2024 [11:01]

Tovuz Dövlət Sosial İqitsad Kollecinin inzibati binasında Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı və Tovuz Dövlət Sosial İqitsad Kollecinin birgə təşkilatçılığı ilə 28 may Müstəqillik gününə həsr edilmiş “Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır” mövzusunda tədbir keçirilmişdir

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Tovuz Dövlət Sosial İqitsad Kollecinin direktoru Hicran Əyyubova 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmiş olduğunu və Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndirdiyini, Ulu Öndərin rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atdığını qeyd etdi. Bundan sonra o, Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladığını və Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri qurulduğunu qeyd edərək Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandığını, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandığını,u zaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordunun formalaşdırıldığını, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunduğunu və həmçinin beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandığını qeyd etdi.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasətin xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytardığını, milli mənlik şüurunun inkişaf etdirdiyini, azərbaycançılıq məfkurəsinin işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdığını qeyd etdi. O, ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırılıdğını və  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildiyini qeyd etdi.Sonra N.Pənahov 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və diplomatiyası, xalqımızın qətiyyəti, ordumuzun şücaəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünə qovuşduğunu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındığını, bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən bütün nailiyyətlərin əsas hədəfi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması olduğunu bildirdi. Sonda N.Pənahov müstəqilliyə 106 il əvvəl qovuşmuş Azərbaycan Respublikası bu gün dünyanın inkişaf etmiş dövlətlərindən olduğunu  Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik etdiyi, bu günki Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzu, gücü və qüdrəti təsdiq etdiyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Sonra çıxış edənlər YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov Tovuz Dövlət Sosial İqitsad Kollecinin müəllimləri Malik Qurbanov və  Şəfəq Əliyeva 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biri olduğunu, həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda ilk dəfə müstəqil dövlət qurulduğunu, müsəlman dünyasında ilk demokratik dövlət olduğunu, 1918 - ci ilin ağır günlərində böyük çətinliklərə baxmayaraq bu dövləti qurmağa nail olmuş insanların əziz xatirəsi daim qəlbimizdə yaşadğını, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun dövlətçilik ənənəsi və milli özünüdərk baxımından böyük əhəmiyyəti olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixindəki yeri və roluna dair ən dolğun qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini”Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə çəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yadaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühim addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənlərimizin bərpası işində böyük rol oynadığını bildirmişlər

Sonda 28 May Müstəqillik gününə həsr olunmuş videoçarx baxış keçirildi.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30