Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan xalqı üçün əziz gün

Azərbaycan xalqı üçün əziz gün

27.05.2024 [15:19]

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamışdır. Bununla da Azərbaycanın müstəqilliyi  dünyaya bəyan edilmişdir. Müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti, bu qısa dövr ərzində olduqca əhəmiyyətli  işlər görmüşdür. Belə ki, Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Cümhuriyyətin gördüyü mühüm işlərdən biri də milli ordunun yaradılması olmuşdur. Məhz bu ordu, Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti təhsilə çox böyük diqqət yetirilirdi. Bakı Dövlət Universitetinin yaradılması da bunun bariz nümunəsi idi.

 “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünkü 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”, deyən Ulu öndər  Heydər Əliyev bununla Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, onların fəaliyyətinə nə qədər yüksək qiymət verdiyini nümyiş etdirmişdir.

1993- cü ildə müdrük, uzaqgörən Azərbaycan xalqının arzu , istək və  təkidli tələbi  ilə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi üzləşdiri bütün bəlalardan xilas etdi. Məhv olmaq üzərə olan müstəqilliyimizi qorudu. Ölkədə ictimai-siyasi sabitlik təmin olundu, bütün sahələrdə inkişafın təməli qoyuldu.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu möhtəşəm siyasi kursu zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyətnin 23 ay ərzindəki fəaliyyətini, onun qurucularının müstəqillik uğurda apardıqları mübarizəni yüksək qiymətləndirir. Ölkə başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır”, fikirləri, Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması, müstəqilliyimizin qurucularının adlarının əbədiləşdirilməsi, 2018- ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında imzaladığı sərəncam bunun bariz nümunəsidir. Eyni zamanda bütün bunlar   Prezident İlham Əliyevin tarixi köklərimizə nə qədər böyük önəm verdiyini bir daha nümayiş etdirir.

1918-ci ildə qurulmuş və cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və uğurlu diplomatiya, Azərbaycanın regional və beynəlxalq səviyyədə nüfuzunu artırıb, müstəqilliyimiz daha da möhkəmlənərək, regionda və dünyada söz sahibinə çevirmişdir.

Artıq dörd ildir ki, 28 May – Müstəqillik Günü  torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir.

Əminliklə və qürurla deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyi tam olaraq bərpa edilmiş  bütöv Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 461 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31