Pakistanla əlaqələr yüksək səviyyədə inkişaf etdirilir
15.07.2024 [10:38]
Bu gün Azərbaycanın ən yüksək səviyyədə səmimi dostluq və qardaşlıq münasibətləri olan ölkələrdən biri Pakistan İslam Respublikasıdır. Bu münasibətlərin malik olduğu dərin tarixi köklər müasir dövrdə Azərbaycan-Pakistan əlqələrinin strateji xarakter almasını şərtləndirib.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin iyulun 11-də Pakistana rəsmi dövlət səfəri ölkələrimiz arasında mövcud əlaqələrin daha da güclənməsinə və şaxələnməsinə xidmət edəcək. Dövlət başçımızın səfəri çərçivəsində imzalanmış mühüm sənədlər də bunu deməyə əsas verir ki, Azərbaycan ilə Pakistan arasında ticarət və sərmayə sahəsi, enerji sahəsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə ilkin razılıq əldə olunub və qərara alınıb ki, iki ölkə arasında ticarət həcminin artırılması üçün daha ciddi səylər göstərilsin.
Cənab Prezident İlham Əliyev İslamabadda mətbuata bəyanatla etdiyi çıxışında bildirdi ki, yatırılacaq sərmayələrin ilkin həcmi təxminən iki milyard dollar məbləğində müəyyən edilib. Azərbaycan və Pakistan rəhbərləri tərəfindən energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurlu əməkdaşlığın mövcud olduğu müdafiə sənayesində bir sıra layihələr nəzərdən keçirilib. Artıq bundan sonra güclü tərəfdaşlıq təkcə siyasi səviyyədə deyil, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq.
Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi yer almış məqamlardan biri də Azərbaycan və Pakistanın ölkələrimizin ərazi bütövlüyü və suverenliyi kimi məsələlərdə daim bir-birilərinə dəstək vermələri ilə bağlı oldu. Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də, cəbhədə vəziyyətin gərginləşdiyi ilk gün Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyən bəyanat yaymışdı. Dövlətimizin başçısı bir daha Pakistanın ölkəmizə həm işğal dövründə, həm də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi dəstəyin yüksək qiymətləndirdiyini bildirdi. Eyni zamanda da cənab Prezident İlham Əliyev Azərbaycanın Pakistanı Kəşmir məsələsində hər zaman dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini xüsusi vurğuladı. Qeyd olundu ki, Cəmmu və Kəşmir məsələsində Azərbaycanın birmənalı dəstəyi ölkəmizin qardaşlığa, eləcə də beynəlxalq hüquqa olan sadiqliyinin nümayişidir. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir etsə də, bu qətnamələrin icra mexanizmləri hələ də yoxdur. Buna baxmayaraq, Azərbaycan qardaş və dost ölkə kimi, hər zaman Pakistanın yanında olacaq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacaq.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

