Daşkəsən rayonunda YAP-ın yaranmasının 20-ci ildönümü təntənəli surətdə qeyd edilib
31.10.2012 [02:45]
Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərə yekun vurulub.
www.yap.org.az saytının məlumatına görə, tədbirlər planına əsasən, şəhər ərazisində yerləşən məktəbəqədər uşaq tərbiyə müəssisələrində, ümumtəhsil məktəblərinin, RİH Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin həyətlərində yüzlərlə ağac əkilib, müxtəlif idman yarışları keçirilib.
Yekun tədbirinin iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsinin önünə tər çiçək dəstələri düzüblər.
Sonra tədbir “Yeni həyat” sarayında davam etdirilib.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə iştirakçıları təbrik edərək, geniş nitq söyləyib. O, Yeni Azərbaycan Partiyasının uzun illərə hesablanmış proqramından danışıb, xalqına, Vətəninə xidmət edən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin daim qalib gəlməsindən, dövlət başçısının hər bir Azərbaycan vətəndaşına göstərdiyi xüsusi diqqət və qayğıdan geniş söhbət açıb.
Əhəd Abıyev YAP-ın tarixi zərurətdən yarandığını qeyd edərək bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmiz faciələrlə üzləşib.
Bacarıqsız rəhbərlərin hakimiyyət uğrunda çəkişmələri, şəxsi maraqların dövlət mənafelərindən üstün tutulması daxili ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalqı ağır durumdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan siyasi partiyanın yaradılması tarixin tələbi idi. 1992-ci ilin noyabr ayında Azərbaycanın mütərəqqi qüvvələrinin Ulu öndər Heydər Əliyev ətrafında birləşməsi və xalqımızın həyatını kökündən dəyişən YAP-ın yaradılması Azərbaycanın müasir tarixində çox mühüm hadisəyə çevrilib.
Natiq YAP Daşkəsən rayon təşkilatının rayonda gördüyü işlərə də toxunub. Ə.Abıyev bildirib ki, rayonun inkişafında Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının uğurları danılmazdır. Rayon təşkilatı fəaliyyəti dövründə partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinin həyata keçirilməsində yaxından iştirak edir.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxışında partiyanın ötən dövr ərzində qazandığı uğurlardan bəhs edib, YAP-ın 20 illik fəaliyyətinin Azərbaycan tarixində qürur doğuran səhifələrdən olduğunu qeyd edib.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı toplantıda çıxış edərək bu əlamətdar hadisə münasibəti ilə rayon təşkilatının fəallarını təbrik edib. Mübariz Qurbanlı qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması mövcud tarixi şəraitin diktəsi idi. YAP zamanın tələbi ilə yaranıb və yenicə dövlət müstəqilliyini qazanmış Azərbaycanı dağılmaq təhlükəsindən xilas edib. Bu gün dünya xəritəsində özünəməxsus yeri və sözü olan Azərbaycanın möhtəşəm uğurlarında Ulu öndərin yaradıcısı olduğu bu partiyanın müstəsna xidmətləri olub.
Toplantıda həmçinin YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov çıxış edərək, tədbir iştirakçılarını təbrik edib.
Yubiley toplantısının sonunda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən rayon təşkilatına avtomobil bağışlanılıb.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38

