YAP hər zaman Heydər Əliyev ideyalarına sadiq olub
09.11.2012 [02:03]
Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə Cəlilabadda yubiley tədbiri keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümü münasibətilə Cəlilabadda yubiley tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək, Ulu öndərin buradakı abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə ehtiramlarını bildiriblər. Tədbir iştirakçıları, həmçinin, rayondakı Heydər Əliyev müzeyində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto stendləri maraqla seyr ediblər.
Bayram tədbirini giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Süleyman Mirxaslı geniş məruzə ilə çıxış edib. Partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan və qazanılan uğurlardan danışan natiq bildirib ki, YAP Azərbaycan üçün son dərəcə ağır və keşməkeşli, ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ictimai-siyası şəraitin nəticəsi olaraq yaranıb: “Yarandıqdan qısa müddət sonra hakimiyyətə gəlməsi də bu partiyanın tarixi zərurətdən yaranmasına ən gözəl sübutdur. Yəni, YAP-ın ölkəmizin ictimai-siyasi həyatında yeri və rolu müstəqil Azərbaycanımızın tarixinin şanlı səhifəsini təşkil edir”.
Çıxışında ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən proseslərə də geniş nəzər salan Süleyman Mirxaslı deyib ki, dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi: “Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir mürəkkəb dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Ulu öndərin böyük dövlətçilik təcrübəsində görürdü. Beləliklə, xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci il oktyabrın 16-da Ümummilli lider Heydər Əliyevə müraciət etdi. Ulu öndər çox keçmədən “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı dövlətçiliyimiz üçün çox əhəmiyyətli cavab məktubunu xalqa ünvanladı. Dahi rəhbərin bu çağırışı Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev ideyalarının ətrafında sıx birləşmiş yüz minlərlə insanın vahid siyasi məqsədinə, Azərbaycanın milli ideoloji məramına, onu ağır vəziyyətdən xilas etməyin ilk və həlledici proqramına çevrildi, müstəqil dövlət quruculuğunun ilk konsepsiyası oldu”.
O, qeyd edib ki, YAP hər zaman Azərbaycan dövlətçiliyinə, Ümummilli liderimiz, partiyanın yaradıcısı Heydər Əliyevə, Onun siyasi ideyalarına sadiq olub: “Yeni Azərbaycan Partiyası öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür. Partiyanın qüdrətinin, sıralarının gündən-günə genişlənməsinin səbəbi ondadır ki, bu partiyanın yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev olub. Partiyanın nüfuzu ondadır ki, bu siyasi birliyə hazırda Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir”.
Çıxışında, həmçinin, son illər Azərbaycanın bütün sahələrdə qazandığı uğurları konkret faktlarla xatırladan məruzəçi bu uğurların əldə edilməsində Yeni Azərbaycan Partiyasının xüsusi xidmətlərinin olduğunu deyib. S.Mirxaslı bildirib ki, YAP-ın digər rayon təşkilatları kimi, Cəlilabad rayon təşkilatı da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır.
Yeni Azərbaycan Partiyasının yaranmasını, Ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti, YAP Sədri cənab İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən qısametrajlı filmin nümayişindən sonra çıxışlar davam etdirilib.
Bayram tədbirində həmçinin, rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Malik Həsənov, YAP Siyasi Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrilməsində onun yaradıcısı Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin olduğunu xüsusi vurğulayıblar. Bildirilib ki, Ulu öndərin siyasi xəttinin və ideyalarının bu gün partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xalqımızda sabaha böyük inam hissi yaradır. Məruzə və çıxışlarda ölkəmizin son illər əldə etdiyi nailiyyətlər xususi vurğulanıb, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin xalqımızın rifahına xidmət etdiyi bildirilib.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidovun da iştirak etdiyi tədbirdə YAP-ın 20 illiyi ilə bağlı keçirilmiş müxtəlif yarışların qaliblərinə, həmçinin, rayon təşkilatının yaranmasında və onun sosial bazasının möhkəmlənməsində xüsusi fəallıq göstərmiş partiya veteranlarının bir qrupuna YAP rayon təşkilatının fəxri fərmanları verilib.
Sonda tədbir bayram konserti ilə davam etdirilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59

