Tariximizin qürur duyulası səhifəsi
18.09.2024 [17:43]
Bildiyimiz kimi, Azərbaycan və Ermənistan dövlətləri arasında Vətən Müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan Üçtərəfli Bəyanatla başa çatmışdır. Postmüharibə dövründə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismarının davam etdirilməsi, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdur. Separatçıların Qarabağda qeyri-qanuni fəaliyyətlərinə etiraz əlaməti olaraq Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda ekoloji aksiyası keçirilmişdir.
Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.
Təbii ki, Azərbaycan öz tarixi dədə-baba torpaqlarında separatçı rejimin bu cür özbaşnalıqlarına göz yuma bilməzdi. Bunun nəticəsi olaraq, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Qüdrətli ordumuz qarşısında aciz qalan işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatları zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. Antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. 19 sentyabrda uğurla həyata keçirilən bu əməliyyatlar nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Əslində ermənilərin heç vaxt xalq və millət kimi formalaşmamağının, öz tarixi dövlətçiliyinə malik olmamasının başlıca səbəbi onların xəyanətkar xisləti, ancaq “uzaqdan vur-qaç” kimi terror hadisələrinə meyllənmələri olub. Onların bu xüsusiyyətlərindən əsasən dindaşları olan qərb dövlətləri ermənilərin tərkibində toplum şəklində yaşadıqları bölgədə öz çirkin maraqlarını təmin etmək üçün iğtişaşlar yaratmaq, qətllər törətmək məqsədi ilə istifadə ediblər.
Beynəlxalq aləmdəki havadarlarının dəstəyi ilə 1990-cı illərin əvvəllərindən başlayaraq davam edən təcavüz nəticəsində torpaqlarımızın 20 faizdən çoxunu 30 ildən artıq müddətdə işğalda saxlayan erməni hərbi birləşmələrinin yeni təxribat hazırlasalar da, 2020-ci ildə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, qətiyyəti nəticəsində Silahlı Qüvvələrimiz 44 günlük Zəfər yürüşü ilə torpaqlarımızı azad etdi, ötən il keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə separatizmə son qoyularaq, ölkəmizin suverenliyi tam bərpa olundu.
Torpaqlarımızın işğaldan azad edilməsi bərpa-quruculuq işləri üçün tam şərait yaratdı, nəticə etibarilə ləyaqətli qayıdış istiqamətində xeyli işlər görülmüşdür. Artıq keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması günümüzün reallığına çevrilmişdir. Bütün azad olunmuş torpaqlarımızda görülən işlərin məntiqi nəticəsi olaraq bu günlərdə Şuşa şəhərinə-doğma ocaqlarına qayıdan insanlarımızın sevincinin şahidi olduq. Həyata keçirilən quruculuq işlərinin gedişi bir daha əminlik yaradır ki, Qarabağ və Şərqi Zəngəzurda firavan həyat öz axarına düşəcəkdir.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36

