YAP İdarə Heyətinin iclası keçirilib
30.09.2024 [20:49]
Sentyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclası açıq elan edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov cari ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərdə deputat mandatı qazanmış partiya üzvlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzuladı. O vurğuladı ki, parlament seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq suveren Azərbaycanın bütün ərazilərində keçirildi: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi nailiyyətlər və şanlı zəfərlərdən sonra bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyası parlamentdə 68 mandat əldə edərək növbəti dəfə inamlı qələbə qazandı. Seçkilərin nəticələri xalqın Ulu Öndər Heydər Əliyevin siyasi mirası olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasına sarsılmaz inam və etimadının, birmənalı dəstəyinin növbəti təsdiqi oldu”.
YAP Sədrinin müavini bildirdi ki, sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında konseptual və proqram xarakterli çıxışı zamanı qazanılan uğurlarla yanaşı, qarşıda dayanan mühüm vəzifələrə də toxundu: “Xüsusilə, cənab İlham Əliyevin ideoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikir və tövsiyələri Yeni Azərbaycan Partiyasının üzvləri olaraq daha məsuliyyətlə çalışmağımızı zəruri edir. Heç şübhəsiz, milli-strateji hədəflərdən irəli gələn bu vəzifələrin yerinə yetirilməsi yeni mərhələdə Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirəcək. İnanırıq ki, indiyə qədər olduğu kimi, bundan sonra da xalqımızın iradəsi, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti sayəsində ölkəmizə qarşı məkrli planların və təhdidlərin qarşısı qətiyyətlə alınacaq, Azərbaycan mühüm uğurlara imza ataraq bütün strateji hədəflərini inamla reallaşdıracaqdır”.
Daha sonra iclasın gündəliyində duran məsələlərə baxılıb. İclasda ilk olaraq Vüqar Gəncəli oğlu Rəhimzadənin YAP Xətai rayon təşkilatının, Samir Əhməd oğlu Vəliyevin isə YAP Nərimanov rayon təşkilatının sədri vəzifəsindən azad olunması məsələsinə baxılıb. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu məsələ partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin tələblərindən irəli gəlir. Hər iki şəxs Milli Məclisin deputatı seçildiyi üçün rayon təşkilatının sədri vəzifəsindən azad olunmalıdırlar. Onların partiya işində xidmətlərini yüksək dəyərləndirən Tahir Budaqov hər iki şəxsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilmək üçün YAP yerli təşkilatlarının təqdimatlarına baxılıb. Məsələ haqqında YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri - Azər Badamov, Mübariz Qurbanlı, Eldar İbrahimov, Musa Quliyev, Bahar Muradova, Hikmət Məmmədov, Bayram Aslanov və Arif Rəhimzadə çıxış etdikdən sonra müvafiq qərar qəbul olunub.
Sonra iclasda YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat Aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə-təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti”ndə dəyişiklik edilməsi məsələsinə dair təqdimatla çıxış edib, İdarə Heyətinin üzvlərini maraqlandıran sualları cavablandırıb.
Məsələ ətrafında müzakirələrdən sonra sözügedən sənədə dəyişikliklər təsdiq edilib.
İclasın sonunda cari məsələlər müzakirə edilib. Ölkəmizin növbəti mühüm siyasi proseslər ərəfəsində olduğunu deyən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıdan bələdiyyə seçkilərinin gəldiyini və partiyamızın bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27

