YAP-ın Sədr müavini Əli Əhmədov Cəlilabad rayonunda partiya fəalları ilə görüş keçirib
19.04.2013 [12:57]
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov dünən Cəlilabad rayonunda partiya fəalları ilə görüş keçirib.
Görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı çıxış edərək bildirib ki, partiyanın 6057 nəfər üzvü 94 ilk ərazi təşkilatında birləşir. Bunlardan 26 faizini gənclər, 27,5 faizini isə qadınlar təşkil edir. M.Mirxaslı partiyanın fəaliyyətindən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib.
YAP-ın Cəlilabad rayon təşkilatının fəalları qarşısında çıxış edən YAP-ın Sədr müavini Əli Əhmədov son 10 ildə partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətindən danışaraq, dövlətimizin büdcəsinin 10 dəfə artdığını, insanların maddi rifah halının yüksəldiyini, yoxsulluq həddinin minimuma endiyini statistik rəqəmlərlə görüş iştirakçılarının diqqətinə çatdırıb: “Azərbaycan dövlətinin, Heydər Əliyev siyasi xəttinin də əsl qayəsi bundan ibarətdir ki, insanlar normal, sabit, təhlükəsiz şəraitdə xoşbəxt yaşasınlar. İnsanların yaxşı yaşaması onların təbii haqlarıdır. Əldə olunan nailiyyətlər, əhalinin həyat səviyyəsinin yüksəlişi dinamik, stabil iqtisadiyyatımızın düzgün, müdrik şəkildə idarə olunmasıdır. Həll olunan problemlər imkanlarımızın artmasından irəli gəlir. Bu inkişafın dayanıqlı, davamlı olmasının yeganə yolu 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini müdafiə etmək və ətrafında daha da sıx birləşməkdən ibarətdir”.
Əli Əhmədov YAP Cəlilabad rayon təşkilatının fəallarına qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, hər bir partiya üzvü seçkilərdə fəal olmalı və qələbəmizin təmin edilməsində səylərini ortaya qoymalıdır.
YAP fəallarından şair Əhməd İsmət, Böyükxan Bağırov, Anar Abdullayev çıxış edərək cəlilabadlıların 2013-cü ilin prezident seçkisində cənab İlham Əliyevdən başqa namizədlərinin olmadığını və yalnız Ona səs verəcəklərini bildiriblər.
Görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı, MM-in deputatları Mirkazım Kazımov və Malik Həsənov iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

