Azərbaycan – dünya azərbaycanlılarını birləşdirən qalib dövlət
27.12.2024 [16:56]
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Dekabrın 31-i dünyanın əksər ölkələrində böyük həyəcanla gözlənilən və xüsusi qeyd edilən bir gündür. Təqvim ili dəyişir, ömrümüzə yeni il gəlir. Təbii ki, hər kəsin qəlbində qarşıladığımız yeni illə bağlı arzular pərvazlanır, bir-birimizə xoş niyyətlərimizi ifadə edirik.Azərbaycan xalqının milli birliyinin rəmzi olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər bir soydaşımız üçün böyük tarixi əhəmiyyətə malikdir. Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər.Azərbaycanda Həmrəylik Gününün təsis olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmrəylik Gününün qeyd olunması ilə bağlı tarixi qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Ulu Öndərin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-da verilib. Bu qərar özlüyündə uzun illərdən bəri xalqımızın həsrətində olduğu milli birliyə, azərbaycançılıq idealogiyasının formalaşmasına böyük təsiri oldu.1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızı vahid ideologiya ətrafında birləşdirilməsinin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan ölkəsinin yaranmasında ən böyük rola malik olan Azərbaycançılı ideyası idi. ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi ideyası xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. Heydər Əliyev hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə xaricdə yaşayan azərbaycanlıların ana Vətənlə əlaqələrinin qurulmasına, soydaşlarımız arasında milli-mənəvi bağların möhkəmlənməsinə çalışır və bunu rejimin ideoloji çərçivələrini nəzərə almaqla ilk növbədə bizi birləşdirən dəyərlərə - milli mədəniyyətimizə, dilimizə sonsuz qayğı göstərməklə edirdi. İş elə gətirdi ki, sonrakı mərhələdə dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması missiyasının praktiki müstəvidə reallaşdırılması da Heydər Əliyevin üzərinə düşdü. Beləliklə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edildi. Təbii ki, təşəbbüs bilavasitə Heydər Əliyevin özündən gəlmişdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Həmin vaxtdan bəri bütün dünya azərbaycanlıları bu günü bayram kimi qeyd edirlər.Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biri də diaspor fəaliyyətidir. Prezidenti İlham Əliyevin xarici ölkələrə səfəri zamanı diaspor nümayəndələri ilə görüşür. Ulu Öndərin başladığı ənənəni davam etdirən Prezident İlham Əliyev bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir, diasporumuzun nümayəndələri ilə fikir mübadiləsi aparır. Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. Ancaq dekabrın 31-ni xalqımız üçün əlamətdar edən başqa, daha mühüm səbəb də var. Bu da dünya azərbaycanlılarının dekabrın 31-də həmrəylik bayramlarını qeyd etmələridir. Bizim üçün müstəsna əhəmiyyət daşıyan bu günü qısaca olaraq belə səciyyələndirə bilərik: Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın qəlbində bir ürək döyünür - Vətənə, ana Azərbaycana bağlı olan bir ürək!
Bəli, dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfələr verib.Vətən müharibəsində Azərbaycan xalqının Prezident ətrafında birləşərək mənfur düşmənə qalib gəlməyi bir daha bu həmrəyliyi sübut etdi. Mübariz əsgərlərimizin işğal altında olan torpaqlarımızı azad etməsi bir daha onların cəsarətini, şücaətini, qəhramanlığını, əzmini, vətənə bağlılığını bütün dünyaya göstərdi.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

