Dərin və mənalı əlaqələr
22.01.2025 [16:28]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Bu gün Azərbaycan və Gürcüstan iki qonşu dövlət və strateji tərəfdaş ölkələr olaraq bir-biriləri üçün xüsusi əhəmiyyət kəsb edirlər. Lakin bu əlaqələr heç də son bir neçə il ərzində formalaşmayıb. Mövcud əlaqələr ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında qurulub. Eyni zamanda da etiraf olunmalıdır ki, bu gün ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasında Azərbaycan və Gürcastanın ölkə rəhbərlərinin səyləri misilsiz töhfələr verir. Bu fakt öz əksini Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin cari ilin 17 yanvar tarixində Azərbaycana rəsmi səfəri zamanı cənab Prezident İlham Əliyevin və Gürcüstanın Baş nazirinin mətbuata bəyanatla çıxışlarında da öz təsdiqini tapıb. Möhtərəm dövlət başçımız son 10 ay ərzində cənab Kobaxidzenin Azərbaycana artıq üçüncü dəfə səfər etdiyini vurğulayaraq bildirdi ki, bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir.
Bu səfərin xüsusi əhəmiyyətini önə çəkən daha bir məqam da budur ki, Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Baş nazirin ilk xarici səfəridir. İlk səfərin məhz Azərbaycana həyata keçirilməsi təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.
Cənab Prezident bildirdi ki, bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə nəticələrin yüksək olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, Gürcüstanda çox müsbət sərmayə iqlimi mövcuddur. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.
Əlbəttə ki, ölkələrimiz arasında energetika sahəsindəki əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan üçün deyil, həm də çox sayda başqa ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. O cümlədən birgə neft-qaz layihələri bu gün bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Həmçinin Gürcüstanın istehlak etdiyi təbii qazın da 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə Azərbaycanın qaz ixrac coğrafiyası genişlənəcək.
Əlbəttə ki, ölkələrimizin birlikdə həyata keçirdikləri yaşıl enerji layihələri də xüsusi əhəmiyyət kəsb edir. Bu da Azərbaycan və Gürcüstan hökumətlərinin məsuliyyətini bir daha göstərir. Çünki bu gün yaşıl enerji qlobal istehlak bazarında böyük maraq doğurur və buna böyük tələbat var. Bütün bunlar Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da yüksək dinamika ilə inkişaf edəcəyini deməyə əsas verir.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

