İkitərəfli münasibətlər tarixində ilk
17.02.2025 [17:22]
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə rəsmi səfəri ilə əlaqədar prezidentlərin mətbuata bəyanatları zamanı Prezident İlham Əliyev qeyd etdi ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Somali Federativ Respublikasının Prezidentinin səfəri ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Ölkələrimiz arasında imzalanmış sənədlər ikitərəfli əlaqələri bir çox sahələrdə inkişaf etdirməkdə hüquqi əsas olacaq və münasibətləri daha yüksək səviyyəyə qaldıracaq.
Mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir.
Prezident İlham Əliyev vurğuladı ki, Somali Federativ Respublikası və ölkəmiz arasında münasibətlərin inkişafında müzakirə edilən ən vacib məsələlərdən biri təhsil sahəsidir. Artıq bu sahədə ilkin nailiyyətlər var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Əldə edilmiş razılaşmaya əsasən Somalidən olan tələbələrin Azərbaycan universitetlərində müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.
Prezident İlham Əliyev mətbuata bəyanatında həmçinin bildirdi ki, müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir. Ölkəmiz müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm ölkəmizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı iki ölkə arasında əməkdaşlığın mühüm sahələrindən biri olacaq.
Mətbuata bəyanatında Prezident İlham Əliyev dövlət xidmətləri sahəsində işbirliyinin əhəmiyyətini də vurğuladı. Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə rəsmi səfəri zamanı imzalanmış razılaşmalardan biri məhz bu sahəni əhatə edir. Ölkəmizdə artıq uğurla işləyən ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Ölkə başçısı diqqətə çatdırdı ki, ASAN dövlət xidmətləri sisteminə ən mühüm mükafat Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu da onu göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Ölkəmiz Somali Federativ Respublikasında oxşar sistemi qura bilər.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

