Azərbaycan - İran münasibətlərində yeni səhifə
01.05.2025 [18:38]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşian 28 aprel tarixində ölkəmizə rəsmi səfər etmişdir. Bu səfər iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açdı. Səfər çərçivəsində Dövlət başçılarının təkbətək, geniş tərkibdə keçirdiyi görüşlər, imzalanmış sənədlər və verilmiş bəyanatlar Azərbaycan-İran münasibətlərinin daha da möhkəmləndirilməsi, inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan və İran arasındakı gələcək əməkdaşlığın inkişafı üçün infrastruktur, enerji, nəqliyyat və humanitar sahələr üzrə razılaşmalar imzalanmışdır.
Aprelin 28-də Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxışı zamanı xalqlarımızın əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşadığını, dövlətlərarası münasibətlərin möhkəm təməl üzərində inkişaf etdiyini bildirib.
Dövlətimizin başçısı bəyanatında İran İslam Respublikasının Prezidenti Məsud Pezeşianla apardıqları danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdiklərini, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədiklərini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, İranlı həmkarı Məsud Pezeşianın böyük heyətlə ölkəmizə gəlməsi və bir çox önəmli sənədlərin, dövlət başçıları səviyyəsində sənədin imzalanması bir daha xoş niyyətimizin, bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışdığımızı göstərir.
“Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik”-deyən Dövlətimizin başçısı qeyd edib ki, İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.
Prezident İlham Əliyev üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdiklərini, onların arasında Şimal-Cənub nəqliyyat dəhlizinin xüsusi yer tutduğunu vurğulayıb. Bu layihənin, layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini bildirib. Ölkə başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini diqqətə çatdırıb.
“İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq”- deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdiklərini bildirib. Yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinə dair birgə qərar verdiklərini söyləyib. Xalqlarımızın tarixinin ortaq , mədəniyyətimizin də ortaq olduğunu söyləyən ölkəmizin başçısı əsrlər boyu bir məkanda, bir dövlət çərçivəsində yaşadığımızı , qohumluq əlaqələrimizin də çox geniş olduğunu, Azərbaycan və İranın müstəqil dövlət kimi bölgədə önəmli rol oynadığını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10

