/ / Enerji diplomatiyası və strateji əməkdaşlıqda Azərbaycan–Macarıstan iqtisadi münasibətlərinin yeni mərhələsi
Enerji diplomatiyası və strateji əməkdaşlıqda Azərbaycan–Macarıstan iqtisadi münasibətlərinin yeni mərhələsi
21.05.2025 [18:35]
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Enerji təhlükəsizliyi XXI əsrdə geosiyasətin əsas dayaqlarından birinə çevrilib. Bu mənada Azərbaycanın enerji resursları və onun Avropa ilə qurduğu əlaqələr, xüsusilə də Macarıstanla tərəfdaşlıq formatında getdikcə daha çox əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin 20 may tarixli bəyanatında iqtisadi və enerji əməkdaşlığına dair verdiyi mesajlar, bu sahədə yeni mərhələnin başlandığını göstərir. Beləliklə enerji əməkdaşlığında yeni səhifə yazılır. Cənab Prezident İlham Əliyev Azərbaycanın Macarıstana artıq təbii qaz ixrac etdiyini və bu əməkdaşlığın daha da genişlənəcəyini bəyanatında süsusi qeyd etdi: “Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq... Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik.” Bu, həm enerji müstəqilliyi, həm də diversifikasiya baxımından Macarıstan üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan üçün isə bu, Avropada etibarlı tərəfdaş imicinin möhkəmlənməsidir. Bu gün Avropa qaz bazarında Azərbaycanın rolu danılmazdır. Azərbaycan artıq 12 ölkəyə təbii qaz ixrac edir, bunlardan 10-u Avropa ölkəsidir. Cənab Prezident İlham Əliyevin də dediyi kimi: “Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş kimi tanıyır.” Bu, ölkənin enerji siyasətinin nə qədər düşünülmüş və strateji əsaslara dayandığını sübut edir. Yaşıl enerji isə gələcəyin diplomatiyası kimi dəyərlidir. Cənab Prezident İlham Əliyev çıxışında yalnız qaz deyil, həm də yaşıl enerji sahəsində Macarıstanla əməkdaşlığa geniş yer ayırdı. Bildirdi ki, “Növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik... Bu layihələr bizə 3-4 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək.” Bu rəqəmlər bir tərəfdən Azərbaycanın alternativ enerji potensialını göstərir, digər tərəfdən isə ekologiya və dayanıqlı inkişaf üzrə öhdəliklərinin necə yerinə yetirildiyini ortaya qoyur.
Neft və qaz layihələrində Macarıstanın iştirakı da önəmli bir iqtisadi əlaqədən xəbər verir. Macarıstan şirkətlərinin “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi iri layihələrdə iştirakı, həmçinin Azərbaycanın quruda yerləşən yataqlarında yeni müqavilələrin imzalanması, bu əməkdaşlığın nə qədər dərin və perspektivli olduğunu sübut edir: “Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq... Macarıstan şirkəti fəaliyyətə başlayacaq.” Bu cür əməkdaşlıq siyasi etimadın iqtisadi reallığa çevrildiyini göstərir. Dövlətimizin başçısı iqtisadi siyasətin uğurlarını və qarşıda duran məsələləri daha geniş formada bəyanatında bu cür səsləndirib. “Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür.
Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır”. Onu da deyim ki, Azərbaycan və Macarıstan arasında qurulan iqtisadi tərəfdaşlıq, təkcə iki ölkənin qaz ixracatı və enerji sahəsindəki əlaqələri ilə məhdudlaşmır. Bu münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsinə keçib. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə.” Bu cür səmimi və konkret əməkdaşlıq modeli gələcəkdə digər ölkələr üçün də örnək ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35

