Qardaşlıq nümunəsi
02.06.2025 [22:55]
Mövcud reallıqlar fonunda bu gün müstəqil, suveren Azərbaycan Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya malik, sözü imzası qədər dəyərli olan, diktə edən lider bir dövlətə çevrilib. İkinci Qarabağ müharibəsində əldə olunmuş Möhtəşəm Qələbə, 2023-cü ildə keçirilən uğurlu antiterror əməliyyatları və hal-hazırda işğaldan azad olunnmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdışın sürətlə və uğurla həyata keçirilməsi göstərir ki, bu liderliyin təməlində müdrik Azərbaycan xalqının milli maraqlarına söykənən güclü, qətiyyətli siyasi iradə dayanır.
28 may 2025-ci il tarixində, xalqımız üçün böyük önəm daşıyan bir gündə işğaldan azad edilən Laçında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşünün keçirilməsi bu üç ölkə arasında dostluğun, qardaşlığın, birliyin yüksələn xətlə inkişaf etdiyini bir daha bütün dünyaya göstərdi. Bu Zirvə görüşü həm də müstəqil, suveren Azərbaycan tərəfindən müasir dünyaya verilən güclü, siyasi, mənəvi və strateji bir mesaj oldu.
Zirvə görüşündə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz çıxışında bildirdiyi kimi, "Bunun böyük rəmzi mənası var. Bu günkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan - Türkiyə - Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq".
Dövlət Başçısının vurğuladığı kimi, 30 il erməni işğalında olan Laçının azad edilməsi və bu şəhərdə qardaş ölkələrin liderlərinin bir araya gəlməsi güclü simvolik məna daşıyır. 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın verdiyi siyasi və mənəvi dəstək xalqımıza əlavə güc, inam və iradə qazandırmışdı. Bu dəstək heç zaman unudulmayacaq və bu tədbir həmin həmrəyliyin real nəticəsidir.
Ölkə Prezidenti çıxışında xüsusi olaraq onu da qed etdi ki, Azərbaycan artıq dörd ildən çoxdur ki, qalib xalq və qalib dövlət kimi yaşayır. Bu status təsadüfən əldə olunmayıb bu, sistemli siyasətin, xalq-iqtidar birliyinin və güclü liderliyin məntiqi nəticəsidir: “İndi isə azad edilmiş bütün torpaqlarda bərpa işləri, quruculuq işləri gedir. Böyük infrastruktur layihələri icra edilir - xəstəxanalar, məktəblər, üç hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb, 70 kilometrə yaxın tunelin inşası sürətlə gedir. Bu gün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz Ermənistan ordusunu məğlub etmişik və bununla Azərbaycan xalqı fəxr edir”.
Ümumiyyətlə, Möhtərəm Prezident İlham Əliyevin Zirvə görüşündə çıxışı Azərbaycan diplomatiyasının növbəti uğurlu nəticəsi olmaqla yanaşı, milli iradənin və qardaşlığın gücünün bir daha nümayişi oldu, xüsusilə də Ölkə Başçısının “Yaşasın Azərbaycan - Türkiyə - Pakistan birliyi və qardaşlığı!” çağırışı, bu birliyin və qardaşlığın möhkəm, səmimi münasibətlər üzərində qurulduğunu nümayiş etdirdi: “Mən bir daha Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana, Pakistanın Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərifə və onlarla bərabər gəlmiş bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm. Laçınlıları ürəkdən salamlayıram. Allah səmamızı, yolumuzu həmişə açıq eləsin. Qələbə bizimlədir və bizimlə olacaq. Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.”
Bir sözlə, 28 may 2025-ci ildə Laçında keçirilən Zirvə görüşü və Möhtərəm Prezident İlham Əliyevin çıxışı Azərbaycan diplomatiyasının növbəti uğurlu nəticəsi olmaqla yanaşı, həm də dostluğun, qardaşlığın, birliyin gücünü bir daha nümayiş etdirdi. Böyük əminliklə söyləmək olar ki, Azərbaycan - Türkiyə - Pakistan üçlüyü təkcə region üçün deyil, bütün İslam dünyası və beynəlxalq aləm üçün də nümunəvi bir əməkdaşlıq modelidir. Təbii ki, bu döstluq, qardaşlıq və birlik müstəqil, suveren Azərbaycanın gələcək qələbələrinin və uğurlarının təminatçısı olacaqdır.
Babək Vələdov,
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54

