Azərbaycanın taleyini dəyişən zəfər tarixi
12.06.2025 [16:47]
12 iyun 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatında 15 iyun – Milli Qurtuluş günü münasibətilə “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ömür yolu Vətənə xidmətin, sədaqətin parlaq nümunəsidir. Canından çox sevdiyi Azərbaycan üçün, onun gələcəyi üçün çalışan bu görkəmli ictimai-siyasi xadim sözün əsl mənasında bu günkü qüdrətli Azərbaycanın memarıdır. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Tanrı bizə Heydər Əliyev kimi fenomen şəxsiyyəti iki dəfə köməyimizə - hakimiyyətə göndərmişdir. 1969-cu ildə və 1993-cü ildə. Heydər Əliyevin hakimiyyətə qayıdış missiyası dövlətin, xalqın xilaskarlıq missiyası idi. Dünya tarixində çox az sayda dövlət başçısı olub ki, xalq çətinliklə üzləşəndə, dövlət məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda çəkinmədən meydana atılır, ağırlığı öz çiyinlərinə götürür. Vəzifəsini sonadək şərəflə və ləyaqətlə yerinə yetirir. Artıq 32 ildir ki, biz 15 iyun Milli Qurtuluş gününü qeyd edirik. Bu 32 ildə Azərbaycan böyük inkişaf yolu keçərək, bölgədə yeni reallıqlar yaradan, dünyaya yeni layihələrlə, yeni təşəbbüslərlə töhfə verən güclü, nüfuzlu bir ölkəyə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.
Daha sonra tədbirdə çıxış edən digər natiqlər – partiya veteranı İndira Vəliyeva, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, partiya fəalı Səadət Nağıyeva, “Düzqışlaq kənd” Ərazi Partiya Təşkilatının fəalı Alı Mehdiyev və “Heydər Əliyev prospekti 38” Ərazi Partiya Təşkilatının fəalı Şəfəq Heydərli Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından bəhs ediblər.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qəbul olunan üzvlərə isə partiya vəsiqələri təqdim edilib.
15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31

