Şuşa Bəyannaməsi təhlükəsizliyimizin qarantıdır
13.06.2025 [13:26]
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının yeni tarixi mərhələsinin başlanğıcı oldu. Bu tarixi sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanıb və iki qardaş ölkənin strateji əməkdaşlığını bütün dünyaya bəyan edir. Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu simvolizə edir.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırmış oldu. Bu sənəd iki ölkə arasında münasibətlərin bütün sahələrdə davamlı inkişafını təmin edir və strateji əməkdaşlığı daha da möhkəmləndirir. Müttəfiqlik münasibətləri siyasət, beynəlxalq əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi bölgədə əhatəli sülhə və inteqrasiyaya yol açdı və bu prosesləri stimullaşdırdı. Bu sənəd əraziyə yeni sərmayə cəlb edərək regionun iqtisadi potensialını artırmağa və yeni iqtisadi münasibətlərin formalaşmasına şərait yaradır. Şuşa və ətraf ərazilərin turizm imkanlarının inkişafı da əməkdaşlığın yeni perspektivləri arasında yer alıb. Bəyannamə Azərbaycan və Türkiyənin beynəlxalq nüfuzunu artırır. Bu sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyətli iqtisadi layihələr və digər təşəbbüslər ölkələrin beynəlxalq səviyyədə nüfuzunu daha da gücləndirir. Şuşa Bəyannaməsi, Azərbaycan və Türkiyə arasında münasibətlərin gələcək inkişaf xəritəsini də müəyyən etmiş oldu. Bəyannamənin icrası daha yüksək səviyyəli işbirliyinin təminatıdır. Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamlarının Bəyannamədə yer alması siyasi ənənələrə böyük ehtiramın göstəricisidir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında da iki qardaş ölkə sıx əməkdaşlıq edir. Zəngəzur dəhlizi kimi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik layihələr bu əməkdaşlığın bir nümunəsidir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi Azərbaycan və Türkiyə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir. Bu, həmçinin Azərbaycan və Türkiyənin milli gücünün artmasını və dünyada söz sahibi kimi mövqeyinin möhkəmlənməsini təmin edir. Bəyannamədə xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsinin artırılması və diplomatik səylərin birləşdirilməsi də nəzərdə tutulur. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək üçün media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsi vacibdir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin dərinləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm bir addımdır. Bu sənəd iki ölkə arasında strateji tərəfdaşlığı yeni zirvələrə qaldıraraq, bölgədə və dünyada sülh və sabitliyə töhfə verir. Vətən müharibəsində Qələbəmizdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə növbəti səfəri qardaşlıq, birlik mesajı olmaqla bərabər, həm də geosiyasi, tarixi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu səfərin NATO-nun Zirvə görüşü, Ermənistanda səslənən revanşist çağırışların, Qarabağda son günlərdə ermənilər tərəfindən törədilən təxribatların fonunda baş tutması xarici güclərə və Ermənistana daha bir xəbərdarlıqdır. Bu səfər Azərbaycan-Türkiyə münasibətlərinin Cənubi Qafqazın geosiyasi dinamikasına böyük təsirinin təzahürüdür. Artıq heç kim şübhə etmir ki, bölgədə real balans bu dövlətlərin əməkdaşlığından birbaşa asılıdır. Şuşa Bəyannaməsinin 15 İyun - Milli Qurtuluş Günündə imzalanması böyük rəmzi məna daşıyır. İyunun 15-i Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi olduğu kimi, Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi olmaqla, iki ölkə arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən bütün sahələrini əhatə edir. Sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilməklə yanaşı, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Əlbəttə, bu, mühüm tarixi nailiyyətdir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb və bu, tarixi nailiyyətdir. Hərbi tərəfdaşlıq haqqında olan müddəa imkan verir ki, əgər bir dövlətin təhlükəsizliyi, ərazi bütövlüyü təhdid edilərsə, bu, digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. Bir sözlə, Şuşa Bəyannaməsi təhlükəsizliyimizin qarantıdır. İki qardaş ölkə olan Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır və yanında olacaq.
Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSiyasət
08 Mart 00:59
Sosial
07 Mart 23:23
Hadisə
07 Mart 23:17
Siyasət
07 Mart 22:44
Sosial
07 Mart 22:37
Gündəm
07 Mart 22:16
Siyasət
07 Mart 21:34
Gündəm
07 Mart 21:33
Siyasət
07 Mart 21:23
Gündəm
07 Mart 20:42
Siyasət
07 Mart 20:41
Dünya
07 Mart 19:20
Siyasət
07 Mart 18:56
Dünya
07 Mart 18:35
Siyasət
07 Mart 18:28
Siyasət
07 Mart 17:55
Dünya
07 Mart 17:28
Siyasət
07 Mart 16:55
Siyasət
07 Mart 16:46
Dünya
07 Mart 15:38
Hadisə
07 Mart 14:24
Dünya
07 Mart 13:53
YAP xəbərləri
07 Mart 13:32
Dünya
07 Mart 12:42
YAP xəbərləri
07 Mart 12:29
Siyasət
07 Mart 11:53
Siyasət
07 Mart 11:52
Siyasət
07 Mart 11:50
Gündəm
07 Mart 11:40
YAP xəbərləri
07 Mart 11:16
Gündəm
07 Mart 11:13
Gündəm
07 Mart 10:59
Siyasət
07 Mart 10:46
Mədəniyyət
07 Mart 10:35
Gündəm
07 Mart 10:16
İqtisadiyyat
07 Mart 09:53
Siyasət
07 Mart 09:31
Analitik
07 Mart 09:18
Ədəbiyyat
07 Mart 08:54
Ədəbiyyat
07 Mart 08:39
Diaspor
06 Mart 23:30
Sosial
06 Mart 22:56
İdman
06 Mart 22:46
MEDİA
06 Mart 22:37
Siyasət
06 Mart 22:34
Dünya
06 Mart 22:24
YAP xəbərləri
06 Mart 22:15
Dünya
06 Mart 21:53
Sosial
06 Mart 21:22
YAP xəbərləri
06 Mart 21:19
Dünya
06 Mart 20:55
YAP xəbərləri
06 Mart 20:37
Dünya
06 Mart 20:18
Dünya
06 Mart 19:40
YAP xəbərləri
06 Mart 19:27
Gündəm
06 Mart 19:18
Dünya
06 Mart 19:15
Dünya
06 Mart 18:41
YAP xəbərləri
06 Mart 18:26
YAP xəbərləri
06 Mart 17:58
YAP xəbərləri
06 Mart 17:50
YAP xəbərləri
06 Mart 17:45
Hadisə
06 Mart 17:32
YAP xəbərləri
06 Mart 17:11
Siyasət
06 Mart 16:39
Siyasət
06 Mart 16:37
Sosial
06 Mart 16:22
YAP xəbərləri
06 Mart 16:18
YAP xəbərləri
06 Mart 16:15
YAP xəbərləri
06 Mart 16:13

