Tarix yazan rəşadətli Azərbaycan ordusu
24.06.2025 [21:47]
Hər bir dövlətin varlığı onun sərhədləri, xalqı və əlbəttə ki, bu sərhədləri qoruyan ordusu ilə ölçülür. Müasir dünyada ordu təkcə hərbi güc yox, həm də milli iradənin, siyasi suverenliyin və dövlətçiliyin qarantıdır. Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, onu daha da gücləndirmək üçün Ulu Öndər Heydər Əliyev dövlət quruculuğunun əsas sütunlarından biri kimi məhz güclü ordu siyasətini formalaşdırdı. Ulu Öndər deyirdi: “Biz müstəqil Azərbaycan dövləti qururuq və bu dövlətin müstəqilliyi əbədi olmalıdır. Bunu təmin etmək üçün isə hər şeydən əvvəl güclü orduya malik olmalıyıq.”
Məhz bu uzaqgörən siyasətin nəticəsində Azərbaycan Silahlı Qüvvələri tədricən bölgənin ən güclü ordularından birinə çevrildi. Orduya dövlət səviyyəsində göstərilən diqqət və qayğı, hərbi təhsil sisteminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və xalq-ordu birliyinin möhkəmləndirilməsi bu gün artıq öz bəhrəsini vermişdir.
Azərbaycan təkcə işğalla yox, eyni zamanda təhlükənin müxtəlif formaları ilə üz-üzə idi: uzun illər ərzində separatizm ideyası torpaqlarımızda yuva salmış, işğal edilən ərazilər silah anbarlarına, terror yuvalarına çevrilmişdi. Ərazi bütövlüyünü bərpa etmək üçün yalnız torpaqları azad etmək kifayət deyildi — həm də o torpaqlarda qanun və dövlət suverenliyi bərpa olunmalı idi.
2020-ci ilin payızında Azərbaycan xalqı öz gücünü və iradəsini bütün dünyaya göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və nəhayət, Şuşanı azad etdi. Ermənistan məğlubiyyətini etiraf etdi və 10 noyabr Bəyanatı ilə torpaqlarımızı tərk etməyə razı oldu. Bu Qələbə təkcə ərazi yox, həm də milli ləyaqətin, tariximizin və gələcəyimizin qələbəsi idi. Prezident İlham Əliyev bu Qələbəni belə ifadə etmişdi: “Biz təkcə torpaqlarımızı deyil, milli qürurumuzu da geri qaytardıq.” Amma bu yalnız birinci mərhələ idi.
2020-ci ildən sonra Azərbaycan dövləti humanist və hüquqi yolla reinteqrasiya siyasəti həyata keçirməyə başladı. Xankəndi və ətraf bölgələrdə yaşayan erməni əsilli əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün dəfələrlə çağırışlar edildi. Lakin bu çağırışlara qarşılıq olaraq qanunsuz “idarəetmə strukturları” qorundu, erməni silahlı birləşmələri silahı yerə qoymadı, minalar basdırıldı, mütəmadi təxribatlar törədildi. Azərbaycan səbr etdi. Amma səbrin də bir sonu var. Hüquqi dövlət öz ərazisində silahlı separatizmlə daimi yaşaya bilməzdi.
Bu baxımdan, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbiri ölkənin müasir tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Əməliyyatın məqsədi tam aydın və prinsipial idi – Azərbaycanın Qarabağ bölgəsində qanunsuz şəkildə mövcudluğunu davam etdirən erməni silahlı birləşmələrinin tərksilah edilməsi, separatçı fəaliyyətin qarşısının qətiyyətlə alınması və dövlət suverenliyinin tam bərpası. Cəmi bir gün davam edən bu əməliyyat yüksək peşəkarlıqla, strateji dəqiqlik və beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirildi. Antiterror tədbiri nəticəsində bütün qanunsuz silahlı dəstələr silahı yerə qoydu, separatçı rejim özünü buraxmağa məcbur oldu, Xankəndi və ətraf bölgələrdə Azərbaycan Respublikasının suveren hakimiyyəti tam bərpa edildi. Ən əsası isə – Azərbaycan bayrağı Qarabağın hər yerində qürurla dalğalanmağa başladı. Bu əməliyyat bir daha göstərdi ki, Azərbaycan dövləti öz ərazisində qeyri-qanuni hərbi və siyasi qurumlara heç vaxt güzəştə getməyəcək və milli suverenliyini sonadək təmin etmək əzmindədir.
Prezident İlham Əliyev bu əməliyyatı belə qiymətləndirdi: “Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu, tarixdir. Bu, xalqımızın iradəsidir. Bu, Ordumuzun gücüdür.” Əməliyyat dünya tərəfindən də ölkənin daxili işi kimi qəbul olundu və Azərbaycanın beynəlxalq hüquqa uyğun şəkildə hərəkət etdiyi bir daha təsdiqləndi.
Bu gün Azərbaycan öz tarixinin ən güclü mərhələsindədir. Ordumuz artıq yalnız müharibə aparmaq üçün deyil, həm də sülhü və təhlükəsizliyi qorumaq üçün strateji güc mərkəzidir. Azərbaycanın hər bir qarış torpağında indi qanun var, dövlət var, bayraq var. 26 İyun – Silahlı Qüvvələr Günü artıq bütöv Azərbaycanın Ordusunun bayramıdır. Bu gün biz yalnız ordumuzu deyil, tam suveren dövlətimizi bayram edirik.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45

