Ölkəmiz regional lider və etibarlı tərəfdaşdır
02.09.2025 [15:50]
2025-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə ölkənin xarici siyasət prioritetləri, Ermənistanla münasibətlərin normallaşması prosesi, regional əməkdaşlıq və enerji strategiyası kimi mühüm məsələlərə dair fikirlərini bölüşüb. Bu müsahibə təkcə Azərbaycanın xarici dünyaya mesajı deyil, həm də regionda gedən geosiyasi proseslərə dair əhəmiyyətli baxış kimi dəyərləndirilir.
Cənab İlham Əliyev müsahibədə Ermənistanla sülh danışıqlarının hazırkı mərhələsinə toxunaraq qeyd edib ki, 8 avqust tarixində ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda əldə olunan razılaşma tərəflər arasında paraflanmış sənəd formasında mövcuddur. Dövlət başçısı vurğulayıb ki, bu sənəd münaqişənin başa çatdığını göstərir və Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı olan müddəa aradan qaldırıldıqdan sonra rəsmi sülh sazişi imzalanacaq. Bu açıqlama Azərbaycanın uzun illərdən bəri apardığı prinsipial və ardıcıl siyasətin nəticəsi kimi qiymətləndirilə bilər.
Müsahibədə diqqət çəkən əsas məsələlərdən biri də azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı oldu. Cənab Prezident bildirdi ki, artıq 50 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdıb və bu proses davam edir. O, mina təhlükəsinin hələ də ciddi problem olaraq qaldığını və bu sahədə beynəlxalq dəstəyə ehtiyac olduğunu qeyd etdi. Hazırda mina partlayışları nəticəsində 400-ə yaxın insanın xəsarət aldığını və ya həlak olduğunu xatırlatmaqla, mina təmizliyi məsələsinə beynəlxalq diqqətin artırılmasına çağırış etdi.
Regionun geosiyasi inkişafına təsir edən digər vacib mövzulardan biri isə “Tramp marşrutu” adı verilən Zəngəzur dəhlizi layihəsidir. Layihənin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantı yaradacağını və bu yolun eyni zamanda beynəlxalq tranzit marşrutu kimi strateji əhəmiyyət daşıdığı müsahibədə qeyd edilib. Bu təşəbbüs həm regional inteqrasiyanı gücləndirəcək, həm də Azərbaycanın logistik mövqeyini möhkəmləndirəcək.
Enerji məsələləri də müsahibənin diqqətçəkən istiqamətlərindən biri oldu. Cənab Prezident vurğuladı ki, Azərbaycan bu gün 10 Avropa ölkəsinə qaz ixrac edir və 2030-cu ilə qədər bu həcm 8 milyard kubmetr artırılacaq. Həmçinin, Körfəz ölkələri – xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirildiyi və 6 GW gücündə layihələrin həyata keçirildiyi bildirildi. Bu, Azərbaycanın enerjiyə dayanıqlı, yaşıl keçid siyasətinə önəm verdiyini göstərir.
İslam dünyası ilə münasibətlərə toxunan cənab İlham Əliyev Azərbaycanın həm şiə, həm də sünni məzhəblərinə mənsub insanların tolerant şəkildə birgə yaşadığı nadir müsəlman ölkələrindən biri olduğunu vurğulayıb. O, həmçinin Türk Dövlətləri Təşkilatının çərçivəsində əməkdaşlığın gücləndirildiyini, xüsusilə Türkiyə və Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlığın artdığını qeyd etdi.
Yekun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycan diplomatiyasının regionda və dünyada sabitliyin, əməkdaşlığın və inkişafın təmin olunmasına yönəlmiş. strateji kursunu aydın şəkildə ortaya qoyur. Müsahibə, həmçinin Azərbaycanın regional lider və etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirmiş oldu.
Rövşən Əhmədov,
Yap Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

