Ulu öndər Heydər Əliyevin siyasəti uğurla davam etdirilir
02.10.2025 [21:11]
Ulu Öndər Heydər Əliyev müstəsna xidmətləri ilə Azərbaycan dövlətini əzəmətli bir reallığa qovuşdurmuş, qurub yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin etmişdir.
1993-cü ilin 3 oktyabr tarixi Azərbaycanın tarixində, xalqımızın taleyində gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı qoyuldu. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqımız üçün mühüm tarixi hadisə, dövlətimiz üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Həmin vaxt xalqımız öz üzərinə düşən məsuliyyəti çox gözəl dərk edirdi. Xalq bilirdi ki, əvvəlki iqtidarların səriştəsizliyi səbəbindən az qala dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda özünün xilaskarını seçməlidir. 3 oktyabr tarixində xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Azərbaycan dövlətinin prezidenti seçdi. Bununla da bugünkü qüdrətli Azərbaycanın təməli qoyuldu.
Ulu Öndər Heydər Əliyev xalqımızın etimadını qazanaraq 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin gün Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun başlanğıcı oldu.
Müstəqilliyimizin ilk illərində ölkəmizdə xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması istiqamətində ciddi fəaliyyət həyata keçirilridi. Belə bir məqamda ölkə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən Azərbaycanın tanınmış ziyalıları, xalqını düşünən vətənpərvərləri 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutaraq, onu təkidlə siyasi hakimiyyətə dəvət edirdilər.
Belə bir çətin dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil, hər zaman inkişaf edən, güclənən, qüdrətli Azərbaycan dövlətində inkişaf təməlini qoydu. Məhz Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyuldu və ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu. Zaman göstərdi ki, xalq öz seçimində yanılmadı. Azərbaycanın Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” isə Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. “Əsrin müqaviləsi” ölkəmizin sosial-iqtisadi dirçəlişinə böyük təsir etmişdir. Məhz Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişaf strategiyasını mükəmməl qurmasının nəticəsidir ki, Azərbaycan uzunmüddətli sovet iqtisadiyyatından sonra çoxmülkiyyətliliyə əsaslanan bazar iqtisadiyyatına uğurlu keçiş edə bilmişdir.
Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulması və onu möhkəmləndirməsidir. Uğurlu dövlət quruculuğu prosesi müstəqil Azərbaycanının demokratik inkişaf yolunda əmin addımlarla irəlləməsini təmin edən ən mühüm vasitə oldu.
Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində dövlət müstəqilliyi qorunmuş, əbədi və daimi olmuş, eləcə də ölkənin gələcək inkişafının bütün strateji hədəfləri müəyyən edilərək Azərbaycanın sonrakı illərdə də davamlı yüksəlişi və qüdrətlənməsinin təməli qoyulmuşdur.
Bu gün Azərbaycan Ulu öndər Heydər Əliyev siyasəti ilə yaşayır və irəliləyir, bu siyasət dövlətimizin sarsılmaz təməlində dayanır. Onun qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi isə Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaqdır.
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58

