Ulu Öndərin ideyaları və milli qətiyyətin təcəssümü
04.10.2025 [14:09]
Azərbaycan xalqı tarix boyu öz dövlətçilik ənənələrini qoruyaraq müstəqillik uğrunda mübarizə aparmışdır. Minilliklər ərzində müxtəlif işğalçı qüvvələr xalqımızın azadlıq arzusunu boğa bilməmiş, milli kimlik, dil, mədəniyyət və mənəvi dəyərlərimizi yaşatmaqda qətiyyət göstərmişdir. Xalqımızın tarixi göstərir ki, azadlıq onun qanında, ruhunda və milli şüurunda köklənmişdir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti qısa ömrünə baxmayaraq, xalqımızın dövlətçilik iradəsinin təntənəsi olmuş, müasir Azərbaycan dövlətçiliyinin ideya və prinsiplərinin bünövrəsini qoymuşdur. Bu dövr sübut etdi ki, müstəqillik yalnız siyasi status deyil, eyni zamanda xalqın mənəvi və tarixi haqqıdır.
1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası xalqımız üçün tarixi nailiyyət oldu. Lakin bu müstəqillik qısa müddət sonra ciddi sınaqlarla üzləşdi. Daxildə siyasi böhran, iqtisadi çöküş, sosial gərginlik və Ermənistanın işğalçılıq siyasəti dövlətimizin varlığını təhdid edirdi. O dövrdə ölkə iqtisadiyyat baxımından çöküşün astanasında idi, enerji infrastrukturu zəif idi, sosial rifah minimum səviyyədə idi. Bu mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın taleyini xilas etdi. Onun rəhbərliyi ilə milli birliyin təmin olunması, dövlət institutlarının bərpası, qanunçuluğun möhkəmləndirilməsi və ordunun formalaşdırılması müstəqilliyin qorunması üçün həyati əhəmiyyət kəsb etdi.
Ümummilli Lider Heydər Əliyev müstəqilliyin əbədiliyi barədə deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” Bu fikir xalqımıza ünvanlanmış çağırış, dövlətçilik fəlsəfəsinin ən dərin ifadəsidir. O, yaxşı bilirdi ki, müstəqilliyi qorumaq yalnız siyasi qətiyyətlə mümkün deyil; güclü iqtisadi baza, möhkəm idarəetmə, hərbi qüdrət və xalqın milli birliyi vacib şərtlərdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik bərpa edildi, iqtisadiyyatın inkişafı üçün islahatlar həyata keçirildi, sosial sabitlik təmin olundu. Ordu quruldu, hüquq-mühafizə orqanları gücləndirildi, milli həmrəylik ön plana çəkildi. Hər bir vətəndaş müstəqilliyin qorunmasında rol oynadı, dövlətə sədaqət nümayiş etdirdi. Bu, yalnız siyasi müstəqilliyin deyil, həm də milli və mənəvi dəyərlərin qorunmasının təzahürü idi.
Müstəqilliyin qorunmasında təhsil, mədəniyyət və gənclər siyasəti də mühüm rol oynadı. Gənclər vətənpərvər ruhda yetişdirildi, milli-mənəvi dəyərlər geniş şəkildə təbliğ edildi. Sosial siyasət, iqtisadi inkişaf və milli təhlükəsizlik strategiyası bir-birini tamamlayaraq dövlət müstəqilliyinin möhkəm təməl üzərində bərqərar olmasına xidmət etdi.
Bu gün həmin siyasət uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirmiş, torpaqlarını işğaldan azad etmiş və suverenliyini tam bərpa etmişdir. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və ardınca həyata keçirilmiş antiterror əməliyyatları göstərdi ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü və dövlət suverenliyini qorumaq gücünə malikdir. Bu nailiyyətlər Ulu Öndərin müəyyənləşdirdiyi strateji xəttin, onun xalqımıza və gələcək nəsillərə verdiyi ata vəsiyyətinin uğurlu nəticəsidir. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bu vəsiyyətini layiqincə yerinə yetirərək, Azərbaycan xalqının azadlıq arzularını reallığa çevirmişdir.
Azərbaycan artıq regionda və dünya miqyasında güclü, nüfuzlu və etibarlı dövlət kimi tanınır. Xalq birliyi, güclü ordu, inkişaf etmiş iqtisadiyyat, sabit sosial sahə və dövlət institutlarının möhkəmliyi müstəqilliyin əbədi olmasının təminatıdır. Bu gün Azərbaycan xalqı əminliklə deyə bilər ki, dövlət müstəqilliyi dönməzdir, bayrağımız daim ucalarda dalğalanacaq, dövlətçilik ənənələrimiz nəsildən-nəslə güclənərək yaşayacaq və xalqımız azadlıq və firavanlıq içində gələcəyə inamla irəliləyəcəkdir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

