9 oktyabrda keçiriləcək prezident seçkilərinin qalibi məhz cənab İlham Əliyev olacaq
02.10.2013 [10:14]
Bərdə rayonunun Nazırlı və Mirzəcəfərli kəndlərində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Bərdə rayonu üzrə seçki qərargahının üzvləri seçicilərlə görüşləri davam etdirirlər. Növbəti görüş dünən rayonun Nazırlı və Mirzəcəfərli kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində həyata keçirilən siyasət barədə ətraflı məlumat verib. Rayon təşkilatının sədri 9 oktyabr prezident seçkilərinin Azərbaycanda demokratiyanın növbəti təntənəsi olacağını vurğulayıb.
Çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru, texniki elmlər doktoru, professor Mürsəl Əliyev bildirib ki, Azərbaycan son 10 il ərzində yüksək templə inkişaf edib və bu inkişaf özünü hər bir sahədə göstərir: “9 oktyabrda keçiriləcək prezident seçkilərinin qalibi məhz cənab İlham Əliyev olacaq. Çünki, dövlət başçısının təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb. Həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadiyyatı dünyada analoqu olmayan templə inkişaf edir. Artıq bu faktı beynəlxalq qurumlarda bəyan edirlər. Düzdür istər ölkə daxilində, istərsə də xaricdə olan bəzi qərəzli dairələr Azərbaycanın əldə etdiyi bu uğurlara kölgə salmağa çalışırlar. Amma bu gün ölkədə yeni sosial obyektlərin, müəssisələrin açılması, insanların rifah halının yüksəlməsi, nəinki şəhərlərin, hətta kəndlərin belə inkişaf etməsi, ölkəmizin 155 dövlətin səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, eyni zamanda, Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi ortaya atılan əsassız informasiyaları məhv edən tutarlı arqumentlər, əyani sübutlardır”.
Professor bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq siyasəti nəticəsində Azərbaycanın bütün bölgələri, o cümlədən, Bərdə rayonu keyfiyyətcə yeni inkişaf erasını yaşamaqdadır: “Məhz bütün bunlara görə də Azərbaycan vətəndaşları, o cümlədən, bərdəlilər cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edir, Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər”.
Mürsəl Əliyev sonda bərdəli seçiciləri Azərbaycanın gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verməyə çağırıb.
Çıxış edən akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri Adil Baxşəliyev ötən 10 il ərzində ölkəmizdə bütün sahələrdə uğurların əldə edildiyini deyib: “Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalqımız öz seçimində yanılmayıb. Məhz buna görə də, 9 oktyabrda xalqımız bir daha cənab İlham Əliyevə səs verəcək”.
Seçicilər qarşısında çıxış edən rayon Qadınlar Şurasının sədri Rahilə Babayeva, Anar Şahbazov, həmçinin, kənd sakinləri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir vətəndaşın həyatında müsbət iz buraxdığını deyiblər. Çıxışlarda qeyd olunub ki, bərdəlilər 9 oktyabr prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcəklər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55

