Kopenhagen görüşləri Azərbaycanın qlobal siyasətdə artan rolunun göstəricisidir
07.10.2025 [13:05]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Avropa Siyasi Klubuna Azərbaycan prezidenti İlham Əliyevin də dəvət edilməsi olduqca mühüm hadisədir. Bu onu deməyə əsas verir ki, artıq Qərbin aparıcı liderləri İlham Əliyevsiz, Azərbaycansız hər hansısa ciddi bir məsələni müzakirə etmək istəmirlər.
Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlər qarşı tərəfin müraciətləri əsasında baş tutub. İndi bir sıra Qərb liderləri, eləcə də dünyanın aparıcı enerji şirkətləri İlham Əliyevlə görüşmək üçün növbəyə dayanıblar. Hətta Serbiya prezidenti Vuçiç bir neçə dəfə bunu açıq şəkildə ifadə edib. Bütün bunlar onu deməyə əsas verir ki, cənab prezidentin Avropada yüksək nüfuzunun, ona göstərilən böyük hörmətin, eləcə də ölkəmizin müsbət imicinin, ona verilən xüsusi dəyərin və olduqca pozitiv münasibətin göstəricisidir.
Ölkəmizin başçısının Moldova Prezidenti Maya Sandu və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlər xüsusilə diqqət çəkir. Görüşlərdə Avropa tərəfi Azərbaycanın Avropa üçün mühüm tərəfdaş olduğunu və Avropanın enerji təhlükəsizliyində rolunu vurğulayıb. Həmçinin Azərbaycanın regiondakı yeni reallıqları, 44 günlük müharibədən sonra formalaşan vəziyyət və Rusiya–Ukrayna müharibəsindən sonra Cənubi Qafqazdakı geosiyasi mövqeyi də Avropanın diqqət mərkəzindədir. Bu, Avropa Birliyinin Azərbaycanın regional əhəmiyyətini qəbul etməsi və ölkəmizə tərəfdaş kimi yanaşmasının aydın təzahürüdür.
Cənab Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşündə kommunikasiyaların açılması və sülh müqaviləsinə doğru gedən proseslər müzakirə olunub. Bütün bu görüşlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını, uğurlu diplomatik siyasətinin nəticələrini nümayiş etdirir. Azərbaycan artıq ikili standartlı və qərəzli münasibətlə deyil, strateji tərəfdaş kimi qəbul olunur ki, bu da ölkənin beynəlxalq platformalarda mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Aparıcı Avropa siyasətçiləri ilə görüşlər zamanı həm ikitərəfli münasibətlər, yəni Azərbaycanla həmin ölkələr arasındakı əlaqələr müzakirə olunub, həm də Avropa İttifaqı rəhbərliyi ilə Azərbaycan–Avropa münasibətləri ətrafında fikir mübadiləsi aparılıb. Hətta Fransa prezidenti Emmanuel Makron belə Azərbaycana qarşı yanlış addımlar atdığının fərqindədir və indi azərbaycanlı həmkarı ilə münasibətləri düzəltməyə çalışır.
Fransada artıq başa düşürlər ki, Azərbaycanla münasibətləri pisləşdirmək onlara heç nə verməyəcək. Əksinə, Azərbaycan Cənubi Qafqazın açar ölkəsidir və Bakı ilə münasibətləri daha da pisləşdirsə, o zaman fransızlar bütün Güney Qafqazdakı bütün siyasi-iqtisadi maraqlarının üzərindən xətt çəkmiş olacaqlar.
Son illərdə Azərbaycanın nüfuzu Vaşinqton sazişindən sonra daha da yüksəlib. Avropa ölkələrinin rəhbərləri Prezident İlham Əliyevi və Ermənistan Baş nazirini əldə olunmuş nailiyyət münasibətilə təbrik edirlər. Həmçinin Azərbaycanla əlaqələri daha da gücləndirmək niyyətlərini açıqlayıblar. Hətta Fransanın Prezidenti Emmanuel Makron belə münasibətləri möhkəmləndirmək üçün müəyyən addımlar atmağa cəhd göstərir. Yəni, Makron özünü prezident Əliyevə bağışlatmaq üçün dəridən-qabıqdan çıxır.
Görünən odur ki, hər zaman ermənipərəst və ikili standartlarla ölkəmizə qarşı çirkin kampaniyalar aparan Fransa və onun rəhbəri də Azərbaycanın nüfuzunu və aparıcı rolunu qəbul etməkdədir.
Səbəbi sadədir, Azərbaycan prezidentinin qurduğu düzgün strategiya nəticəsində Bakı hazırda regionun və Avrasiyanın aparıcı oyunçularından birinə çevrilib. Zəngəzur dəhlizinin açılması, eləcə də “Bir kəmər-bir yol” layihəsinin işə düşməsi Avropanı Rusiyanın caynağından xilas edəcək. Digər tərəfdən, Azərbaycan prezidenti həm də Orta Asiyadakı enerji resusrslarının Qərbə daşınmasında Türküstan coğrafiyasındakı türk liderlərini razı sala biləcək yeganə şəxsdir.
Ona görə də Avropa liderləri İlham Əliyevə sözün əsl mənasında xilaskar gözü ilə baxırlar. Bir sözlə, ölkə başçısının Danimarkada Avropa Siyasi Birliyinin sammitində iştirak ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir. Ermənistanla sülhün əldə olunması ilə bağlı atılan ilkin addımlar, eləcə də Bakının Qərbin enerji təhlükəsizliyində önəmli rol oynaması Azərbaycanın qlobal miqyasda həlledici rola malik olduğunu nümayiş etdirir.
Danimarka paytaxtında Azərbaycan prezidentinin keçirdiyi görüşlər bir daha təsdiq etdi ki, Azərbaycan regional təhlükəsizlik, enerji və nəqliyyat məsələlərində Avropa üçün mühüm tərəfdaşdır. Eyni zamanda, rəsmi Bakı uğurlu beynəlxalq aktor kimi qəbul olunur. Bir sözlə, ölkə başçısının Danimarkaya səfəri Azərbaycanın qlobal gücə çevrilməsinin bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

