15 oktyabr - Müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcıdır
15.10.2025 [22:47]
Bu gün–15 oktyabr 2025-ci il tarixində, İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür.
Bu münasibət ilə YAP Tərtər rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “15 oktyabr - Müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcıdır” mövzusunda YAP Tərtər rayon təşkilatının inzibati binasında “dəyirmi masa” keçirilib.
”Dəyirmi masa”da YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, ərazi partiya təşkilat sədrləri və Partiya fəalları iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzülüb.
“Dəyirmi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə həsr olunmuş videoçarxa baxıblar.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanaraq ölkə rəhbəri seçilib. Bununla da Azərbaycanın müasir inkişaf tarixində yeni, uğurlu bir mərhələ başlanıb.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqilliyini, sabitliyini və dövlətçiliyini qorumağı bacardı. Onun müəyyən etdiyi siyasi xətt sonrakı illərdə ölkənin hərtərəfli tərəqqisinə yol açdı.
Xalq bu yolun davam etdirilməsini istəyərək, 2003-cü ildə keçirilən seçkilərdə İlham Əliyevə 76,8 faiz səs verərək onu Prezident seçdi. Gənc dövlət başçısı vəzifəyə başladığı ilk gündən peşəkar idarəçilik bacarığı, qətiyyətli qərarları və milli maraqlara əsaslanan siyasəti ilə xalqın inamını daha da möhkəmləndirdi.
Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirib ki, əsrə bərabər 22 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
Qeyd edildi ki, Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu.
E.Əsədov qeyd etdi ki, 22 il ərzində Azərbaycanın siyasi, iqtisadi imkanları daha da genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri, Yeni Azərbaycan Partiyasının sıraları möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Sonra Tərtər və Ağdərə rayonları üzrə Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Rayon Mədəniyyət Mərkəzi ərazi partiya təşkilatının sədri Ceyhun İsmayılzadə, Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Mehman Babayev, Əskipra ərazi partiya təşkilatının sədri Elvin Məhərli, Tərtər şəhər 2 nömrəli məktəb-liseyin direktoru Gülarə Əkbərova, çıxış edərək, bildiriblər ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir.
Xalqın İlham Əliyevə verdiyi səs–Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyin və Azərbaycanın gələcəyinə olan inamın ifadəsidir.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35

