Azərbaycanın bugünkü və gələcək inkişafı cənab İlham Əliyevin adı ilə bağlıdır
06.10.2013 [15:57]
Goranboy rayonunda təbliğat-təşviqat kampaniyası çərçivəsində möhtəşəm mitinq-konsert keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Goranboy rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən rayonda möhtəşəm mitinq-konsert keçirilib.
Görüşü giriş sözü ilə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib: “Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu siyasət Onun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Ölkəmiz iqtisadi baxımdan sürətlə inkişaf edir, əhalinin həyat şəraiti davamlı surətdə yaxşılaşdırılır. Azərbaycan öz iqtisadi-siyasi qüdrətini artırdıqca onun mövqeləri daha da möhkəmlənir”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçohrə Məmmədova isə bildirib ki, Vətəninin inkişafını, xalqının yüksələn rifahını, cəmiyyətdə hökm sürən yeniləşmə əhval-ruhiyyəsini görən hər bir vətəndaş kimi o da Azərbaycanda gedən dəyişiklikləri alqışlayır: “Bu gün Azərbaycan vətəndaşları iqtisadi inkişafın real nəticələrini öz həyatlarında görür. Əməkhaqları yüksəlir, yeni iş yerləri açılır, genişmiqyaslı quruculuq, abadlıq işləri gedir, ən yeni avadanlıqla təchiz edilmiş səhiyyə ocaqları, işıqlı, gözəl məktəb binaları insanların istifadəsinə verilir. Ən əsası, hər bir Azərbaycan vətəndaşı gələcəyə inamla baxır və sabah daha yaxşı yaşayacağına inanır. Şübhəsiz, bu cür dinamik inkişaf şəraitində yaşayan xalq bu siyasətin davamını istəyir. Əminəm ki, prezident seçkiləri bu həqiqəti bir daha təsdiqləyəcək”.
Milli Məclisin deputatı Mahir Aslanov isə çıxışında Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətindən, bu siyasətin effektiv nəticələrindən bəhs edib: “Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı islahatlar həyata keçirir. Təbii ki, əməkhaqlarının, təqaüdlərin artırılması əhalinin güzəranının daha da yüksəlməsi ilə nəticələnir. Bu və digər faktlar sübut edir ki, dövlətimiz insanların sosial rifahının güclənməsini prioritet istiqamət kimi qarşıya qoyub. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə də, seçicilərin birmənalı seçimi cənab İlham Əliyevdir”.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva isə deyib ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoyub. Onun sözlərinə görə, Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan davamlı olaraq güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, xalqımızın növbəti seçkilərdə də cənab İlham Əliyevə etimad göstərəcəyi şübhəsizdir. Xüsusilə, mən qadınları, anaları bu prosesdə fəal olmağa çağırıram. Onlar seçkilərdə öz sözlərini deməlidirlər”.
Sonra tədbir tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə davam etdirilib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

