Strateji tərəfdaşlığa yeni impuls!
11.12.2025 [17:08]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8–9 dekabr 2025-ci il tarixlərində Slovakiya Respublikasına rəsmi səfər edib. Bu səfər iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində mühüm diplomatik hadisə kimi tarixə düşüb. Bratislavada keçirilən açılış mərasimi Azərbaycan–Slovakiya münasibətlərinin yaxınlaşdığını bir daha nümayiş etdirib.
Səfər çərçivəsində Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pellegrini ilə çoxşaxəli görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi, enerji və müdafiə sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Hər iki lider birgə mətbuat konfransında çıxış edərək, əlaqələrin strateji xarakter daşıdığını və gələcəkdə daha da genişlənəcəyini qeyd ediblər. Pellegrini Azərbaycana strateji tərəfdaş kimi münasibət bəslədiklərini vurğulayıb və bu səfərin tarixdə ilk rəsmi səfərlərdən biri olduğunu ifadə edib. Prezident Əliyev də tərəfdaşlığın səviyyəsini yüksək qiymətləndirərək, Slovakiya ilə əməkdaşlığın yalnız siyasi deyil, həm də iqtisadi və enerji təhlükəsizliyi sahələrində də strateji rol oynadığını bildirib.
Səfər zamanı həmçinin enerji təhlükəsizliyi məsələləri xüsusi diqqət mərkəzində olub. Azərbaycanla Slovakiya arasında enerji sahəsində əməkdaşlıq artıq davam edir və bu əlaqənin daha da genişləndirilməsi üçün potensial mövcuddur — xüsusilə Azərbaycan qazının Avropaya ixracı və Slovakiyanın enerji tələbatı kontekstində. Eyni zamanda Slovak şirkətlərinin Azərbaycanın Ağdam rayonunda “smart village” konsepti ilə həyata keçirilən layihələrdə iştirakı, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinin əyani nümunəsidir. Müdafiə sahəsində də əməkdaşlıq perspektivləri müzakirə edilib və iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq protokolları imzalanması nəzərdə tutulub.
Səfər çərçivəsində bir sıra memorandumlar və əməkdaşlıq sənədləri imzalanıb. Bu sənədlər qarşılıqlı əlaqələrin bir çox sahədə dərinləşdirilməsinə zəmin yaradır və uzunmüddətli əməkdaşlığın hüquqi əsasını formalaşdırır. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri yalnız iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi deyil, həm də enerji, müdafiə, iqtisadiyyat və mədəniyyət sahələrində strateji əməkdaşlığın yeni səviyyəyə qaldırılması üçün əsaslı platforma olub. Bu səfər Azərbaycan diplomatiyasında Avropa istiqamətində strateji əməkdaşlığın dərinləşdirilməsi və yeni geosiyasi tərəfdaşlıq konteksində əhəmiyyətli mərhələ hesab edilir.
Nəticə etibarilə qeyd etmək olar ki, bu səfər iki ölkə arasında energetika, müdafiə, iqtisadiyyat, texnologiya və mədəniyyət sahələrində yeni əməkdaşlıq səhifəsi açacaq.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30

